Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Elə şeylər əldə etmək istəyirik ki, Azərbaycan indiyədək buna nail olmayıb" - Fernandu Santuş
    15.11.2024 11:39:25

    “Oyunöncəsi son məşqin günün ilk yarısında keçirilməsində məqsəd futbolçuların matça qədər daha çox vaxtının qalmasıdır”.

    Prosport.Az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş deyib.

    Portuqaliyalı mütəxəssis UEFA Millətlər Liqasının Estoniya ilə Qəbələdəki oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında fikirlərini açıqlayıb. O, bugünkü məşqin günün ilk yarısında baş tutmasının səbəbini izah edib: “Komandamız çox yaxşı məşq edib, oyuna hazırlaşıb. Ona görə düşündük ki, qarşılaşmaya qədər hazır olmaq üçün 24 saat vaxtları olsun”.

    Santuş yığmanın 4 oyunda xal qazana bilməməsinə şərh verib: “Oyunları təhlil edəndə çatışmazlıqlara baxırıq. Son iki matça nəzər salsaq, komanda yaxşı oynadı. Futbolçularımız inkişaf edirlər. Estoniya ilə səfər görüşündə komandamız yaxşı oyun nümayiş etdirdi. Hər şey qaydasında idi, amma qapımızdan gözlənilməz qollar buraxdıq və məğlub olduq. Amma etdiyimiz səhvləri görürük və üzərində işləyib aradan qaldırmağa çalışırıq. Slovakiya ilə qarşılaşmada da yaxşı oyun göstərirdi, lakin oyunçumuz qırmızı vərəqə aldığı üçün 10 nəfərlə qaldıq. Futbol belə kiçik detallardan ibarətdir”.

    Portuqaliyalı qarşıdakı görüşün hazırlığına da toxunub: “Oyunçularımız çox yaxşı məşq edib, istəklidir və motivasiyalıdırlar. Onlar əllərindən gələni edirlər ki, sabah müsbət nəticə qazanaq. Qarşımıza məqsəd qoyulub, oyundan-oyuna inkişaf edirik. İstədiyimiz yerlərə çatmaq üçün çalışırıq”.

    Santuş müqaviləsi barədə də danışıb: “Mən bura 2028-ci ilə qədər çalışmaq üçün gəlmişəm. Məqsəd yaxşı heyət qurmaqdır. Elə şeylər əldə etmək istəyirik ki, Azərbaycan indiyədək buna nail olmayıb. 2027-ci ildə bütün bunları təhlil etmək olacaq”.

    Mütəxəssis futbolçu seçiminə də toxunub: “Mən bütün oyunları izləyirəm. Bütün futbolçuları tanıyıram. Verdiyimiz qərarlar hansı oyunçunun gəlib bizə kömək edə bilməsindən asılıdır. Bütün futbolçularla bağlı qərarlar yalnız mənə aiddir və heç bir kənar amil buna təsir etmir. Qətiyyən mənə təsir etmir. Kimin kömək edəcəyini görürəmsə, yığmaya çağırıram”.

    Qeyd edək ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan - Estoniya matçı saat 18:00-da başlayacaq.

    Futbol

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19
    Futbol

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32
    Futbol

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41
    Futbol

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15
    Futbol

    “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb

    25.09.2026 19:37:45
    Futbol

    Çempionlar Liqası: "Zirə" 1/4 finalda

    25.09.2026 19:08:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32

    Daha bir boksçumuz Avropa çempionu oldu - Sofiyada tarixi uğur

    25.09.2026 22:12:43

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41

    Qadın yığmamızdan qələbə, kişi komandamız da ermənilərlə bacarmadı

    25.09.2026 21:14:13

    “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

    25.09.2026 20:35:23

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15

    “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb

    25.09.2026 19:37:45

    Çempionlar Liqası: "Zirə" 1/4 finalda

    25.09.2026 19:08:44

    "Sabah" 1500 manatlıq biletləri satışa çıxardı

    25.09.2026 18:50:01

    Azərbaycan Güləş Federasiyası ilə ASA arasında memorandum

    25.09.2026 18:16:50

    Azərbaycan akrobatları dünya çempionatının finalında

    25.09.2026 17:40:55

    Əfsanəvi qapıçı "Qarabağ"dan ayrılan Koxalskini tənqid etdi

    25.09.2026 17:15:10

    Azərbaycan klubundan növbəti transfer

    25.09.2026 16:36:26
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved