Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bundan dərs çıxarmağa çalışacağam" - Musa Qurbanlı
    15.11.2024 11:13:22

    “Əzmkar mübarizə aparacağıq ki, layiqli qələbə qazanaq. Bunun fərqindəyik”.

    Prosport.Az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı deyib.

    22 yaşlı hücumçu UEFA Millətlər Liqası çərçivəsində Estoniya ilə oyundan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    - Hazırkı formanızı necə dəyərləndirirsiniz?

    - Mövsümün əvvəlində zədələndim, əməliyyat olundum. Hələ təzə-təzə oynamağa başlamışam. Çalışıram ki, optimal formamı bərpa edim. Ondan sonra hər şey öz yerini tapacaq.

    - Yeni baş məşqçi Fernandu Santuşun oyun fəlsəfəsi haqqında fikirləriniz necədir?

    - Hər məşqçinin öz oyun fəlsəfəsi var. Fernandu Santuş böyük məşqçidir. Nailiyyətləri göz qabağındadır. Bu mənim onunla ilk təlim-məşq toplanışımdır. Biz oyunçular olaraq onun fəlsəfəsinə öyrəşməliyik. Onun dediklərini meydanda həyata keçirməliyik. Bu sinxron olduğu halda nəticələr yaxşılaşacaq.

    - İsveçdə “Yurqorden” komandasında legioner həyatı yaşadınız. Həmin dönəmi necə qiymətləndirirsiniz?

    - Çətin oldu. Mental olaraq asan deyildi. Mən də bunun fərqində idim. Bir gənc azərbaycanlı kimi Avropaya yollanmışdım. Özümün də özümdən gözləntilərim böyük idi. Ona görə də bir qədər çətin alındı. Amma çalışıram ki, müsbət tərəfə aparım. Futbolçunun həyatında çətinlik olmasa, nailiyyət olmaz. Bundan nəticə çıxarmağa çalışacağam. Fikirləşirəm ki, bu məni həvəsdən salmamalıdır. Hələ gəncəm. 22 yaşım var. Karyeramın əvvəlindəyəm. Mənim üçün yaxşı təcrübə idi. Çalışacağam ki, bundan dərs çıxarım.

    - Estoniyanın heyətində bir sıra legioner futbolçular var. Rəqibi necə təhlil etmisiniz?

    - Estoniyanın heyətində oynayan oyunçuları sırf bir-bir tanımıram. Harada oynadıqlarını bilmirəm. Bəlkə onlar da ölkə xaricində çıxış edirlər. Açığı, bu mənim üçün o qədər də maraqlı deyil. Bəzən olur ki, çox güclü komandalar zəiflərə məğlub olurlar. Mən məsələyə bu tərəfdən baxmıram. Fikirləşirəm ki, öz oyunumuza köklənsək, bunu yaxşılaşdırmağa çalışsaq, nəticə olacaq.

    - Zədədən yeni qayıtdığınızı qeyd etdiniz. Bundan sonra belə qısa müddətdə milliyə dəvət olunacağınızı düşünürdünüz?

    - Hər futbolçu millidə oynamağa can atır. Zədədən qayıtmışam, hələ matçlara çıxmamışam. Amma indi belə alındı. Hamımız milliyə maksimumuzu vermək üçün hazırıq.

    Futbol

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19
    Futbol

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32
    Futbol

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41
    Futbol

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15
    Futbol

    “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb

    25.09.2026 19:37:45
    Futbol

    Çempionlar Liqası: "Zirə" 1/4 finalda

    25.09.2026 19:08:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32

    Daha bir boksçumuz Avropa çempionu oldu - Sofiyada tarixi uğur

    25.09.2026 22:12:43

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41

    Qadın yığmamızdan qələbə, kişi komandamız da ermənilərlə bacarmadı

    25.09.2026 21:14:13

    “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

    25.09.2026 20:35:23

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15

    “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb

    25.09.2026 19:37:45

    Çempionlar Liqası: "Zirə" 1/4 finalda

    25.09.2026 19:08:44

    "Sabah" 1500 manatlıq biletləri satışa çıxardı

    25.09.2026 18:50:01

    Azərbaycan Güləş Federasiyası ilə ASA arasında memorandum

    25.09.2026 18:16:50

    Azərbaycan akrobatları dünya çempionatının finalında

    25.09.2026 17:40:55

    Əfsanəvi qapıçı "Qarabağ"dan ayrılan Koxalskini tənqid etdi

    25.09.2026 17:15:10

    Azərbaycan klubundan növbəti transfer

    25.09.2026 16:36:26
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved