UEFA Millətlər Liqasının V turunun Azərbaycan və Estoniya milli komandaları arasında Qəbələdə keçiriləcək oyununa bilet satışı davam edir.
Prosport.Az "azerisport"a istinadən xəbər verir ki, satışa 1800 bilet çıxarılıb, onların 800-ü artıq satılıb.
Qəbələ şəhər stadionu 4500 tamaşaçı tutumu var. Amma UEFA-nın stadionun iki tribunasına girişi məhdudlaşdırılıb. Buna səbəb həmin tribunaların dəmir konstruksiyalı olmasıdır. Bu səbəbdən oyun üçün stadionun tutumu iki dəfədən çox azalıb.
Xatırladaq ki, noyabrın 16-da keçiriləcək Azərbaycan - Estoniya oyunu saat 18:00-da başlayacaq.

