Azərbaycan millisinin üzvü Emin Mahmudov zədələndiyi üçün heyətdən çıxarılıb.
Prosport.Az xəbər verir ki, onun əvəzinə “Zirə"nin yarımmüfadiəçisi İsmayıl İbrahimli milliyə dəvət alıb.
Qeyd edək ki, yığma UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 16-da Qəbələdə Estoniya yığması, bndan 3 gün sonra isə Solnada İsveç seçməsi ilə qarşılaşacaq.

