AFFA prezidenti Rövşən Nəcəf braziliyalı futbol ulduzu Ronaldinyu ilə görüşüb.
Prosport.Az xəbər verir ki, görüş COP29 çərçivəsində Bakıda baş tutub.
Görüş zamanı Rövşən Nəcəf və Ronaldinyu qarşılıqlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, COP29 çərçivəsində ölkəmizə gələn Ronaldinyu müxtəlif tədbirlərdə iştirak edir.

