Əfsanəvi futbolçu Ronaldinyu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə Bakıda səfərdədir.
Prosport.Az xəbər verir ki, veteran futbolçu bu gün COP29-un keçirildiyi Bakı Olimpiya Stadionuna gəlib.
O, Braziliya, Azərbaycan və digər ölkələrin pavilyonları ilə tanış olub.
Qeyd edək ki, bu, Ronaldinyunun Bakıya 2-ci səfəridir. O ilk dəfə 2016-cı ildə "Qəbələ"nin sabiq prezidenti Tale Heydərovun dəvəti ilə paytaxtımıza təşrif buyurub.

