Misli Premyer Liqasının XIII turunun “Kəpəz” – “Sabah” görüşü (2:2) Gəncə təmsilçisinin futbolçusu Orxan Əliyev üçün əlamətdar olub.
Prosport.Az xəbər verir ki, 28 yaşlı futbolçu “sarı-göylər”in heyətində 50-ci çempionat matçına çıxıb.
Bu oyunlarda 6 qol vuran Əliyevin məhsuldar zərbələrinin yarısı cari mövsümə təsadüf edib. Hücumçu daha əvvəl “Neftçi” ilə görüşdə dubla imza atıb. “Kəpəz” hazırda turnir cədvəlində 7 xalla 10-cu yerdə qərarlaşıb.

