FIFA-nın prezidenti Canni İnfantino Azərbaycan Prezidentinə üzərində "İlham Aliyev" yazılmış xüsusi top və arxasında "Aliyev 2024" yazılmış forma təqdim edib.
Prosport.Az xəbər verir ki, təqdimat ölkə başçısının noyabrın 12-də İnfantino ilə görüşü zamanı baş tutub.
Görüşdə FIFA-nın prezidenti xatirə hədiyyələrini və xüsusi olaraq hazırlanmış, üstündə Azərbaycan Prezidentinin adı və soyadı olan topu dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev COP29-da iştirak etdiyinə görə Canni İnfantinoya təşəkkürünü bildirib.

