I Liqada mübarizə aparan "Difai"nin yeni baş məşqçisi bəlli olub.
Prosport.Az xəbər verir ki, komanda Azərbaycan millisinin sabiq futbolçusu Xaqani Məmmədova tapşırılıb.
Veteran hücumçu aşağı dəstə təmsilçisini mövsümün sonuna qədər çalışdıracaq.
Xatırladaq ki, Xaqani Məmmədov son olaraq "Araz-Naxçıvan"da baş məşqçi Elmar Baxşıyevin köməkçisi kimi çalışmışdı.

