Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Şamaxı" maliyyə problemi ilə üz-üzə – Ayxan Abbasov məsələsi düyünə düşdü
    9.06.2024 14:23:53

    "Şamaxı" klubu maliyyə problemi ilə üzləşib.

    Prosport.Az-ın xəbərinə görə, bölgə klubu Premyer Liqaya çıxsa da, ötən mövsümün pullarını hələ də futbolçulara və məşqçilər heyətinə ödəməyib.

    Konkret olaraq aprel və may aylarının, eləcə də Premyer Liqaya çıxmağa görə vəd olunan 5 min manat pul mükafatı verilməyib. Halbuki klub rəhbərliyi I Liqanın "Araz Saatlı" ilə oyunundan sonra paltardəyişmə otağına daxil olaraq bütün pulların veriləcəyini bildirib. Həmin otaqda klubun baş meneceri Kamran İsmayılov da olub.

    Bununla belə, 10 yerli futbolçu ilə yollar ayrılıb. Həmin futbolçulara müqavilələri başa çatdığı üçün "yaxşı yol" deyilib. Çünki klub rəhbərliyi birdənbirə strategiyasını dəyişərək əcnəbilərin transfer olunacağını bildirib. Halbuki 2022/23 mövsümü başlanmazdan əvvəl (dəqiq desək, 4 avqust 2022-ci il) klub rəhbərliyi medianı da başına yığaraq ağızdolusu danışmağa başlamışdı. İndi görünən budur ki, o vaxt deyilən bu cümlə – "Əsas məqsədimiz odur ki, klub Şamaxının adını daşıyacaqsa, bura da Azərbaycan dövlətçiliyinin timsalıdırsa, burada həm idman, həm də digər baxımdan azərbaycançılıq ön plana keçməlidir" – pafosdan başqa bir şey deyilmiş. Nə isə, strategiya dəyişikliyi başqa yazı mövzusudur.

    Məsələ budur ki, klub rəhbərliyində 2 hüquqşünas (1 prokuror, 1 vəkil) təmsil olunsa da, ən çox qanun pozuntuları hazırda burada qeydə alınır. Müqavilələrdə göstərilən maaş öhdəlikləri yerinə yetirilməyib.

    Klub baş məşqçi kimi Ayxan Abbasovu da elan edə bilmir. Çünki klubda maliyyə məsələləri qaydasında deyil. Tərəflər maliyyə məsələsində anlaşa bilmir. Ayxan Abbasov da artıq bu qədər problemi olan klubda işləməkdənsə, gözləməyi üstün tutub. Ancaq Abbasovun səbir kasası dolmaq üzrədir. Çünki ona başqa təkliflər də var.

    Vasif Şükür

    Futbol

    Ən böyükhesablı ev qələbəsi: 2 rekord təkrarlandı

    11.03.2026 12:42:43
    Futbol

    "Şamaxı"da portuqaliyalı futbolçu

    11.03.2026 12:17:47
    Futbol

    "Qarabağ" braziliyalı müdafiəçinin klubu ilə anlaşa bilmədi

    11.03.2026 11:45:36
    Futbol

    "ABŞ klubunda olduğum üçün çox xoşbəxtəm" - Nəriman Axundzadə

    11.03.2026 11:14:37
    Futbol

    "Qarabağ" afrikalı hücumçudan əl çəkmir

    11.03.2026 10:54:47
    Futbol

    Premyer Liqa: "Sabah" 14-cü oldu

    11.03.2026 10:30:17
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Ən böyükhesablı ev qələbəsi: 2 rekord təkrarlandı

    11.03.2026 12:42:43

    "Şamaxı"da portuqaliyalı futbolçu

    11.03.2026 12:17:47

    "Qarabağ" braziliyalı müdafiəçinin klubu ilə anlaşa bilmədi

    11.03.2026 11:45:36

    "ABŞ klubunda olduğum üçün çox xoşbəxtəm" - Nəriman Axundzadə

    11.03.2026 11:14:37

    "Qarabağ" afrikalı hücumçudan əl çəkmir

    11.03.2026 10:54:47

    Premyer Liqa: "Sabah" 14-cü oldu

    11.03.2026 10:30:17

    ABŞ klubu Nəriman Axundzadəni belə təqdim etdi - VİDEO

    11.03.2026 10:02:10

    Azərbaycanda 2 idman tədbiri ləğv olundu: Müharibə daha hansı yarışlara təhlükə yaradır?

    11.03.2026 09:02:42

    Millimiz Avropa Açıq çempionatını 12 medalla başa vurdu

    10.03.2026 23:46:44

    Güləşçilərimiz Avropa çempionatının ilk qızıl medallarını əldən verdi

    10.03.2026 23:21:39

    AFFA Region Liqasının püşkü atıldı

    10.03.2026 22:53:36

    "Qəbələ" təhlükəli komandadır" - Valdas Dambrauskasın 7:1 şərhi

    10.03.2026 22:17:25

    "Qəbələ"nin 5, "Sabah"ın 50 manatı var" - Kaxaber Sxadadze

    10.03.2026 21:46:30

    "Sabah" "Qəbələ"ni "top atəşi"nə tutdu – VİDEO

    10.03.2026 21:06:55

    "Turan Tovuz" indi də Sumqayıta köçür

    10.03.2026 18:49:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved