Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Voleybol
    Azərbaycanda 2 idman tədbiri ləğv olundu: Müharibə daha hansı yarışlara təhlükə yaradır?
    11.03.2026 09:02:42

    Yaxın Şərqdə – cənub qonşumuz İran və Ərəbistan yarımadasında gedən müharibə prosesi Azərbaycandan da yan keçməyib.

    Prosport.Az-ın xəbərinə görə, əvvəlcə martın 7-də Beynəlxalq Xizəksürmə və Snoubord Federasiyası (FIS) 14-15 martda Şahdağ Turizm Mərkəzində keçirilməli olan moqul üzrə Dünya Kubokunun finallarının ləğv olunduğunu açıqladı.

    Düzdür, məlum oldu ki, Azərbaycan həm də bu Dünya Kubokunu hava şəraiti baxımından keçirməyə hazır deyilmiş. Açıqlamaya nəzər salaq: "Hazırlıq prosesi zamanı məlum oldu ki, mövcud təbii və qış şəraiti bu səviyyəli tədbir üçün gözlənilən keyfiyyəti və yarış mühitini təmin etmək üçün tam uyğun deyil. Eyni zamanda, məhdud səyahət seçimləri və bəzi regional hava limanlarında müvəqqəti tutum məhdudiyyətləri də daxil olmaqla müəyyən logistika amilləri idmançılar və qonaqlar üçün səyahətin rahatlığına təsir göstərə bilər.

    Ölkəmiz tədbirə ev sahibliyi etməyə tam hazır olsa da, həm Azərbaycan, həm də FIS üçün prioritet yarışı mümkün olan ən yaxşı şəraitdə təşkil etmək və idmançılar, komandalar və tamaşaçılar üçün ən yüksək səviyyəli təcrübə təmin etməkdir. Buna görə də Şahdağda moqul üzrə Dünya Kuboku Finallarının təşkilini növbəti qış mövsümünə təxirə salmaq barədə birgə qərar qəbul edilib.

    Bu qərar təşkilatçılara optimal idman şəraitini təmin etməyə və həm Azərbaycanın, həm də FIS-in ambisiyalarını əks etdirən dünya səviyyəli tədbir keçirməyə imkan verəcək".

    Daha sonra Bakıda 18-19 martda keçirilməli olan Ümumdünya Antidopinq Agentliyinin (WADA) Avropa üzrə Regional Simpoziumu Yaxın Şərqdəki vəziyyət səbəbindən təxirə salınıb. Simpoziumdan əvvəl Bakı şəhərində təşkil olunması nəzərdə tutulan WADA-nın İcraiyyə Komitəsinin (ExCo) iclasının isə onlayn formatda keçirilməsinə qərar verilib.

    Yaxın Şərqdə müharibə vəziyyəti davam edəcəyi halda, Azərbaycanda bu il keçirilməli olan aşağıdakı beynəlxalq tədbirlər də ləğv edilə bilər. Onlar hansılardır? 

    3-5 aprel. Bədii gimnastika üzrə AGF Trophy International turniri (Bakı)

    17-19 aprel. Bədii gimnastika üzrə Dünya Kuboku (Bakı)

    30 aprel - 3 may. Bədii gimnastika üzrə Avropa Kuboku (Bakı)

    4-5 aprel. Cüdo üzrə yeniyetmələrin Avropa Kuboku (Gəncə)

    29 aprel – 1 may. Akademik avarçəkmə və kanoe üzrə Prezident Kuboku (Mingəçevir, Ağdərə (Suqovuşan kəndi) 

    10-14 may. Şose velosipedi üzrə Bakı-Xankəndi Azərbaycan velosiped yarışı (Bakı, Sumqayıt, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Mingəçevir, Gəncə, Göygöl, Goranboy, Ağdərə (Suqovuşan, Talış kəndləri), Naftalan, Tərtər, Ağdam, Füzuli, Şuşa, Xankəndi

    21 avqust – 6 sentyabr. Qadın voleybolu üzrə Avropa çempionatı (BAKI, AZƏRBAYCAN) – C qrupunun oyunları Milli Gimnastika Arenasında keçiriləcək (21 avqustda Portuqaliya, 23 avqustda İspaniya, 24 avqust Rumıniya, 26 avqust Belçika, 28 avqustda Niderlandla oynayacağıq)

    5-7 iyun. Akrobatika gimnastikası üzrə Dünya Kuboku/AGF Trophy International turniri (Bakı)

    25-26 iyul. Cüdo üzrə Cüdo Ümidləri turniri (Abşeron)

    27 iyul - 2 avqust. Güləş üzrə U-17-lərin dünya çempionatı (Bakı)

    24-26 sentyabr. Formula 1 üzrə Azərbaycan Qran-prisi (Bakı)

    1-3 oktyabr. Üzgüçülük üzrə İpək Yolu Dünya Kuboku

    17-18 oktyabr. Sumo üzrə dünya çempionatı (Bakı)

    Həmçinin, Bakı 24-28 mayda "SportAccord" Dünya İdmanı və Biznes Sammitinə ev sahibliyi etməlidir.

    Qeyd edək ki, 2026-cı il üçün Bakı dünyada ilin idman paytaxtı seçilib.

    Səbuhi Musa

    Güləş

    Bakıdakı nüfuzlu yarışların azərbaycanlı hakimləri açıqlandı

    24.08.2026 20:39:15
    Güləş

    Dünya çempionatı: Güləşçimiz ermənini xalçaya çıxmağına peşman etdi

    22.08.2026 20:39:07
    Güləş

    Dünya çempionatı: 2 qadın güləşçimiz finalda uduzdu

    21.08.2026 21:36:04
    Güləş

    Bakıdakı dünya çempionatına 24 ölkədən 200-ə yaxın idmançı qatılacaq

    20.08.2026 15:43:05
    Güləş

    Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

    19.08.2026 22:08:57
    Güləş

    Ayxan Cavadov ardıcıl 2-ci dəfə dünya çempionatının finalında

    18.08.2026 21:57:04
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Ümumi məqsəd futbolun inkişafıdır” – Mehman Əlimov

    24.08.2026 23:42:52

    "Qarabağ"la oyun öncəsi "Tvente"də yeni müqavilə

    24.08.2026 23:40:26

    Ramil Şeydayev KAMAZ-a qarşı oynadı

    24.08.2026 23:09:31

    "Karvan-Yevlax" növbəti transferini açıqladı

    24.08.2026 22:43:17

    "Qarabağ"dan inamlı qələbə, "Neftçi" darmadağın oldu

    24.08.2026 22:15:31

    "Turan Tovuz"un qolu niyə sayılmadı? - VİDEO

    24.08.2026 21:43:03

    Avropa çempionatı: Millimizdən ardıcıl 3-cü qələbə

    24.08.2026 21:19:50

    "Bu stadionda oynamağı sevirik" - Velko Simiç

    24.08.2026 21:06:58

    "Sabah qalib gələcəyimizə inanırıq" – Valdas Dambrauskas

    24.08.2026 20:55:59

    Bakıdakı nüfuzlu yarışların azərbaycanlı hakimləri açıqlandı

    24.08.2026 20:39:15

    “Zirə” - “Neftçi” matçının başlama saatı bilindi

    24.08.2026 20:07:59

    "Ailəm "Sabah"la oyunu tribunadan izləyəcək" - Ran Kojux

    24.08.2026 19:12:17

    "Xəyal qurmaq insanın təbiətində var, lakin hələ yolun yarısındayıq" - "Hapoel"in qapıçısı

    24.08.2026 19:03:45

    "Karvan-Yevlax" Ezeni heyətinə qatdı

    24.08.2026 18:40:13

    Kevin Medina yeni klubunda ilk titulunu qazandı - FOTO

    24.08.2026 18:15:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved