"Səbail" AFFA-nı məhkəməyə verib. Prosport.Az xəbər verir ki, klubun iddiasına Xətai Rayon Məhkəməsində baxılacaq. Sahibə Hacıyeva iş üzrə hakim təyin edilib. Məhkəmə çəkişməsinin səbəbi barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.