Azərbaycan Premyer Liqasının XXXII turunda bu gün daha 2 görüş keçiriləcək.
Prosport.Az xəbər verir ki, "Turan Tovuz" səfərdə "Şamaxı"nın qonağı olacaq.
Şamaxı şəhər stadionunda baş tutacaq görüşü Rəvan Həmzəzadə idarə edəcək. Tovuz təmsilçisi hazırda 59 xalla 3-cü pillədə yer alıb. 8-ci yerdə olan "Şamaxı"nın isə 35 xalı var.
"Qarabağ" isə Tofiq Bəhramov adına Respublika stadionunda "İmişli"ni qəbul edəcək. Qarşılaşmanı Emin Əliyev idarə edəcək. "Qarabağ" 63 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 33 xala malik "İmişli" 9-cudur.
Hər 2 oyun saat 17:00-da start götürəcək.
Qeyd edək ki, turun ötən gün keçirilən görüşlərində "Araz-Naxçıvan" "Kəpəz"i (2:0), "Qəbələ" "Karvan-Yevlax"ı (2:1) məğlub edib. XXXII tura mayın 17-də yekun vurulacaq.

