Azərbaycan II Liqasında çıxış edən "Xankəndi" futbol komandasının yeni baş məşqçisi bəlli olub.
Prosport.Az xəbər verir ki, bölgə təmsilçisi Zaur Hacıyevə tapşırılıb. O, bu postda İbrahim Uzuncanı əvəzləyib.
UEFA-nın B kateqoriyalı məşqçi lisenziyasına sahib olan mütəxəssis uzun illər "Qəbələ" Futbol Akademiyasında fəaliyyət göstərib, müxtəlif yaş qrupları ilə ölkə çempionatlarında uğurlar qazanıb və U-19 komandası ilə Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edib.
Zaur Hacıyev son olaraq "Karvan-Yevlax"da köməkçi məşqçi kimi çalışıb.
Qeyd edək ki, bu xəbəri ilk olaraq Prosport.Az yayıb.

