“Sabah” qapıçısı Stas Pokatilovla yollarını ayıra bilər.
Prosport.Az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı qolkiper Avropa klublarının maraq dairəsinə düşüb. Qazaxıstan millisinin üzvünün cari mövsüm Bakı klubunun heyətində sərgilədiyi parlaq çıxış skautların diqqət mərkəzinə düşüb.
Pokatilov Premyer Liqanın geridə qalan 16 turunda ümumilikdə 9 qol buraxıb və 8 matçda qapısının toxunulmazlığını qoruyub. Onun bu statistikası ölkəsində Qazaxıstanla yanaşı, Rusiya, Ukrayna kimi ölkələrdə də bəzi klubların diqqətini çəkib. Ancaq digər tərəfdən “Sabah” rəhbərliyi də Stastın komandadakı durumundan məmnundur. Buna görə də Premyer Liqanın lideri “1 nömrə”sinə yeni müqavilə təklif edib.
Qeyd edək ki, Pokatilovun “Sabah”la müqavilə müddəti mövsümün sonuna qədərdir.

