"Quba" komandasını təbrik edirəm. Müdafiədə pis oyun sərgilədik. Rəqibin 3 xallıq atışlarda uğurlu olduğunu bildiyimiz halda yaxşı çıxış edə bilmədik".
Prosport.Az xəbər verir ki, bu sözləri "Naxçıvan"ın baş məşqçisi Nikola Bozinoski basketbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Quba" ilə oyunundan sonra deyib.
Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb: "Heyətimizdə zədəli oyunçular olduğu üçün rotasiya problemləri yaşadıq. Matçı qazanmağa yaxın olsaq da, son 5 dəqiqədə yaxşı performans göstərə bilmədik".
Qeyd edək ki, "Quba"ya 98:105 hesabı ilə uduzan "Naxçıvan" ölkə kubokunda mübarizəni dayandırıb.

