Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Zelim Kotsoyev mənim yarım qalan işimi tamamladı" – Elxan Məmmədov
    3.08.2024 11:31:10

    Azərbaycanın cüdo üzrə dünya və Avropa çempionu, hazırda isə Zelim Kotsoyevin şəxsi məşqçisi olan Elxan Məmmədovun Prosport.Az saytına müsahibəsi

    – İlk dəfə Azərbaycan cüdoçuları bir Olimpiadada 2 qızıl medal qazandı. Əvvəlcə bu barədə təəssüratlarınızı bilmək maraqlı olardı...
    – Azərbaycan adına həqiqətən böyük nəticədir. Dünyada ön sıralarda olmaq ciddi uğurdur. Bunun arxasında Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyi, eləcə də Milli Olimpiya Komitəsinin birgə fəaliyyəti dayanır. Bu qələbə münasibətilə xalqımızı, Ali Baş Komandanı, bir sözlə hər kəsi ürəkdən təbrik edirəm.

    – Olimpiadadan öncə Cüdo Federasiyasının rəsmiləri mətbuata müsahibələrində bütün cüdoçulardan medal gözlədiklərini deyirdi. Siz idmançılarla işləyirsiniz, onların potensialın daha yaxşı bələdsiniz. Şəxsən Elxan Məmmədov Parisdə 2 qızıl medal gözləyirdi?
    – Əlbəttə. Cüdo Federasiyasının hər bir idmançı üzərində haqqı var. Federasiya rəhbərliyi əlindən gələni edir və bu mənada idmançıların hamısından medal gözləyirdi. İdmanda hər şey baş verə bilər. Yadınızdadırsa, bu il Əbu-Dabidəki dünya çempionatından sonra müsahibə vermişdim və həm Zelim Kotsoyevdən, həm də Hidayət Heydərovdan olimpiya qızılı gözlədiyimi bildirmişdim. Çünki dünya çempionatında nəticə vermək olimpiya çempionluğuna bərabərdir. Dünya çempionatında çox gözəl çıxış etdilər və qazandıqları nəticələrə görə onlara inanırdım, qızıl medal gözləyirdim. Şükürlər olsun ki, etimadı boşa çıxarmadılar. Həqiqətən çox böyük uğura imza atdılar.

    – Digər cüdoçular Olimpiadanı mükafatsız başa vurdu. Medal gözlədiyiniz hansı idmançılar ümidləri doğrultmadı?
    – Cüdo elə idman növüdür ki, burada nəyisə əvvəldən demək olmur. Amma Elcan Hacıyevin məğlubiyyəti bizi çox üzdü. Yaşar Nəcəfovdan, Balabəy Ağayevdən, Zelim Tçkayevdən də medal gözləyirdik. Təəssüf ki, alınmadı.

    – Kotsoyevin çıxışları barədə nə deyə bilərsiniz? Xüsusilə final görüşü çox dramatik alındı. Son saniyələrədək hesabda geridə idi. Artıq çoxları düşünürdü ki, qızıl medal əldən getdi. Həmin anlarda siz hansı hissləri keçirdiniz?
    – Zelimin şəxsi məşqçisi kimi deyə bilərəm ki, biz bu günü 3 ildir gözləyirdik. Bəlkə də hər gün şüuraltı olaraq onun beyninə olimpiya çempionu olacağını yeridirdim. Hər məşqimizdə, onu hər görəndə deyirdim ki, sən bunu bacaracaqsan. Hidayət çempion olanda dedim ki, Zelim, görürsən, necə asandır. Hidayət etdi, sən də bacararsan. Soruşdu ki, mənə inanırsınız? Bildirdim ki, mən sənə həmişə inanmışam, sadəcə, sən özünə inan, qalib gələcəksən. Hesabda geri olarkən ətrafdakılar qızıl medalın itirildiyinə təəssüflənirdilər, amma mən sona qədər inanırdım. Bilirdim ki, nəsə edəcək. Özünüz də gördünüz ki, sona saniyələrədək pressinqi, savaşması olimpiya çempionluğunu gətirdi.

    – Siz özünüz həm Avropa, həm də dünya çempionu olmusunuz. Amma kolleksiyanızda olimpiya medalı yoxdur. Bu mənada demək olarmı ki, Kotsoyev sizin yarım qalan arzunuzu reallaşdırdı?
    – Çox gözəl vurğuladınız. Azərbaycan adına dünyada Olimpiya Oyunlarından başqa, bütün yarışların qalibi olmuşam. Hər zaman arzum olub ki, olimpiya çempionu olum, Cənab Prezidentlə görüşüm və qızıl medalı ona təqdim edim. İdmançı kimi alınmadı, qismət olmadı. Amma məşqçi kimi bunu bacardım. Demək olar ki, mənim yarım qalan işimi Zelim tamamladı.

    – Zelim olimpiya çempionu olduqdan sonra müsahibəsində bildirdi ki, hətta karyerasını başa vurmaq istəyirmiş. Karyerasını bitirmək istəyi o deməkdir ki, bu idmançıda artıq heç nə alınmır. Əlini hər şeydən üzən birini olimpiya çempionu etdiniz. Bunu necə bacardınız?
    – Çünki bunları mən özüm də yaşamışam. İdmançının eniş və yüksəliş dövrü olur. Eniş vaxtı, sadəcə, onun yanında olmaq, motivasiya vermək lazımdır. Zelim mənim üçün həm tələbə, həm dost, həm övladdır. Uduzanda da, udanda da yanında olmuşam. Həyatda hər şey olur. O, mənim üçün bir övladdır. Hər zaman demişəm ki, zaman gələcək, sən dünya və olimpiya çempionu olacaqsan. Şükürlər olsun ki, bu günləri gördük.

    – Əvvəlki illərin təcrübələrindən də görmüşük ki, olimpiya çempionu olan idmançıların karyeralarında sonradan eniş dövrü başlayır, hətta idmanı atanlar da olur. Necə düşünürsünüz, Hidayət və Zelim "ulduz xəstəliyi"nə tutulmayacaq?
    – Bizdə bu söhbət hər zaman olub. Elnur Məmmədli, Namiq Abdullayev və Fərid Mansurov kimi idmançılarımız olimpiya çempionluğundan sonra dünya və Avropa çempionatışlarında yer tutub. Sadəcə, zədə üzündən idmandan kənarlaşıblar. Mən Zelim və Hidayətdə bunları görmürəm. Zelim çox sadə insandır. Hidayət də artıq olimpiya çempionluğunu dadıb. Onlarda "ulduz xəstəliyi"nin olacağına inanmıram. Çünki indidən Los-Anceles Olimpiadasını düşünürlər. Olimpiya Oyunları öncəsi idmançılar çox ciddi hazırlıq keçir. Ona görə də Olimpiadadan sonra müəyyən zədələr baş qaldırır. Los-Ancelesdə də hər ikisindən olimpiya çempionluğu gözləyirik.

    – Hər cüdoçumuz olimpiya çempionu olduqdan sonra Prezident İlham Əliyev zəng edərək onları şəxsən təbrik etdi...
    – Nəinki idmanda, hər bir sferada ölkə rəhbərliyinin dəstəyi hiss olunur. Cənab Prezidentin, I vitse-prezident Mehriban Əliyevanın bu uğurda böyük zəhməti var. Öz adımdan onlara təşəkkürümü bildirirəm. Ölkə başçısı Hidayətə zəng vurub təbrik edəndə Zelimə dedim ki, görürsən, hər şey diqqətdədir. Bildirdim ki, biz qalib xalqıq, sən bunu etməlisən, bizə qələbə yaraşır. Çox sevinirik ki, çəkilən əziyyətin, göstərilən qayğının qarşılığını verdik.

    Futbol

    Azərbaycan futbolunun inkişafı yalnız AFFA-nın məsuliyyəti deyil" - Edmond Klaus

    21.07.2026 12:22:50
    Voleybol

    "Təşəbbüs Ehtiram müəllimdən gəldi" – Həsən Zeynalov "Turan Tovuz"dakı təyinatından danışdı

    19.07.2026 15:45:12
    Müsahibə

    "Mbappe 11 nəfəri keçdi və qol vurdu" - Toral Bayramov

    13.07.2026 10:03:23
    Futbol

    "Niyə Azərbaycanda da çempion olmayım?" - Yuri Vernidub

    11.07.2026 14:33:43
    Müsahibə

    "Bizi çətin oyun gözləyir" – Aydın Bayramov

    9.07.2026 14:23:55
    Müsahibə

    "Olimpiada futbol üzrə dünya çempionatından daha maraqlıdır" – "Neftçi"nin icraçı direktoru ilə MÜSAHİBƏ

    9.07.2026 09:00:29
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan millisinin oyun təqvimi bəlli oldu

    21.07.2026 19:20:49

    BATE yeni transferini İçərişəhərdə təqdim etdi

    21.07.2026 19:13:40

    "Sabah" - KuPS: HEYƏTLƏR

    21.07.2026 18:51:42

    Azərbaycanda bu stadionun ot örtüyü yenilənir

    21.07.2026 18:12:30

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42

    Millimiz seçmə mərhələyə Çexiya səfərində start verəcək

    21.07.2026 17:12:02

    "Göztəpə"nin sabiq futbolçusu "Zirə"də

    21.07.2026 16:46:17

    "İmişli"yə əcnəbi məşqçi təyin olundu

    21.07.2026 16:23:36

    Azərbaycanlı futbolçu Xorvatiya nəhəngində baxışda olacaq - FOTO

    21.07.2026 16:00:09

    "100 faiz yeni transferlər olacaq" – Yuri Vernidub

    21.07.2026 15:42:43

    "Hazırda "Braqa" və ya başqa komandanı düşünmürük" - Emin Mahmudov

    21.07.2026 15:15:07

    Toral Bayramov oynadı, "Bursaspor" qələbə qazandı

    21.07.2026 14:46:06

    "İmişli" "Qarabağ"ı darmadağın etdi

    21.07.2026 14:13:33

    "Qəbələ"də nigeriyalı vinger

    21.07.2026 13:20:19

    "Şəfa" növbəti transferini reallaşdırdı

    21.07.2026 13:12:15
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved