"Qarabağ" avrokuboklarda təsnifat mərhələsinin ev oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirəcək.
Prosport.Az-ın əldə etdiyi xəbərə görə, Tofiq Bəhramov adına Respublika stadionu təmirə bağlandığından, "Azərsun Arena" isə avrokubok matçlarını keçirmək üçün tələblərə tam cavab vermədiyindən, "Qarabağ" BOS-da oynamağa razılıq verib.
Qeyd edək ki, daha əvvəl "Qarabağ"ın avrokuboklarda təsnifat mərhələsinin matçlarını "Azərsun Arena"da oynayacağı deyilirdi.
Səbuhi Musa