Azərbaycan Taekvondo Federasiyasının Hakimlər Komitəsinə yeni sədr müavini təyin edilib.
Prosport.Az xəbər verir ki, təyinata əsasən, həmin vəzifəni beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva yerinə yetirəcək.
Qeyd edək ki, ötən il Hikmət Səmədov Taekvondo Federasiyasına vitse-prezident, Rüstəm Bağırlı isə federasiyaya baş katib təyin olunub.
