Azərbaycan boksçusu Gülər Hüseynova (51 kq) Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında finala yüksəlib.
Prosport.Az xəbər verir ki, o, yarımfinalda Mehrin Xana (Kanada) 5:0 (30:26, 30:26, 30:26, 30:25, 30:27) hesabı ilə qalib gəlib.
Avropa çempionumuz finalda Qrenyellis Qarsiya (Venesuela) ilə gücünü yoxlayacaq. Döyüş noyabrın 12-də keçiriləcək.
