"Qarabağ"ın sabiq futbolçusu Yassin Benziya Azərbaycana geri qayıtmaq üçün təklif alıb.
Prosport.Az sportal.az-a istinadən xəbər verir ki, Premyer Liqanın iddialı klublarından biri əlcəzairli futbolçuya təklif irəli sürüb.
Lakin təcrübəli futbolçu bundan imtina edib. Benziya yalnız “Qarabağ” üçün Azərbaycana geri qayıda biləcəyini bildirərək, ona təklif göndərən klubun rəsmilərinə təşəkkür edib. 32 yaşlı futbolçu “Qarabağ”dan ayrıldıqdan sonra Səudiyyə Ərəbistanının “Əl-Fayha” klubuna keçmişdi. İndi isə klubsuzdur.
O, karyerası ərzində “Lion”, “Lill”, “Fənərbağça”, “Olimpiakos”, “Dijon” və “Hatayspor” klublarında da oynayıb.
