Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət milli komandası sentyabrın 6-da İsveçrənin Sankt-Qallen şəhərində keçiriləcək “Swiss Open” beynəlxalq turnirində mübarizə aparacaq.
Prosport.Az xəbər verir ki, yarışda Azərbaycanı Xıdır Məmmədov (54 kq), Fuad Məhərləmli (63 kq), Cavad Ağayev (74 kq), Taleh Süleymanov (87 kq) və Minayə Əkbərova (46 kq) təmsil edəcəklər
İdmançılar milli komandanın məşqçiləri Ayxan Tağızadə və Fəridə Əzizovanın rəhbərliyi altında bu gün Sankt-Qallen şəhərinə yola düşüblər.
