Misli Premyer Liqasının III turunun "Sabah” - “İmişli” oyununu izləyənlər arasında xüsusi qonaqlar olub.
Prosport.Az xəbər verir ki, Argentinanın Azərbaycandakı səfirliyinin nümayəndəsi - konsul Leandro Daniel Verteramo və “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov oyunu canlı izləyərək futbolçulara dəstək olublar.
Qeyd edək ki, sözügedən matç bölgə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

