Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Neftçi" hamımızın "Neftçi"sidir, Samir bizim dostumuzdur" - Qurban Qurbanov
    31.08.2025 19:47:56

    Misli Premyer Liqasının III turunun “Karvan-Yevlax” – “Qarabağ” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Futbolçularımı təbrik edirəm. Asan qələbə deyildi. Belə şəraitdə, belə meydançada futbolçuları motivasiya etmək asan deyil. Lakin yenə də bacardılar. Bizim üçün vacib oyun idi. Futbolçularıma təşəkkür edirəm. Xeyli azarkeşimiz var idi. Onlara da minnətdaram. Azər Haşımova uğurlar arzulayıram. Premyer Liqada yeni kollektivlə iştirak edirlər. Əvvəlki oyunları da çox yaxşı səviyyədə keçirmişdilər. Bu gün də, çox yaxşı oyun qurmuşdu, qapımız qarşısında xeyli sayda təhlükəli epizod da yaratdılar. Get-gedə də daha da yaxşı kollektiv və daha yaxşı nəticələri olacaq.

    – “Benfika” ilə oyuna hazırlaşan “Qarabağ” üçün “Karvan-Yevlax”la matça köklənmək çətin deyil?
    – Düzü, hələ o oyuna hazırlaşmaq barədə düşünmürdük. Sadəcə, “Karvan-Yevlax”la matçı fikirləşirdik. Avrokubok matçından, o atmosferdən çıxıb, bu gün belə şəraitdə oynamaq var idi. Ona görə dedim ki, “Ferensvaroş”la matçdan sonra futbolçuları bu oyuna motivasiya etmək asan deyildi. Amma illərdir ki, belə hallar olur. Çox istəyərdik ki, daha yaxşı meydançada, daha çox azarkeş olsun. Bu iki amil futbolçular üçün çox önəmlidir. İstirahətdən sonra “Benfika” ilə oyuna hazırlaşacağıq.

    – Kamilo Duran debüt etdi, amma Dani Montiel hələ ki görməmişik. Onun durumu necədir?
    – Burada elə bir ciddi problem yoxdur. Sadəcə, hazır deyil. 6 aydan çoxdur ki, komanda ilə məşq etməmişdi, fərdi hazırlaşmışdı. Hələ idman formasından uzaqdır. Düzdür, kollektivlə məşqlərə qoşulub. Amma hələ bu cür oyunları oynayacaq gücdə deyil. Daha da çox vaxt lazım olacaq. Çempionata verilən fasilədə inanıram ki, özünə yavaş-yavaş gələcək. Qarşıdakı matçlarda ilk dəqiqələrdən yox, sonradan oyuna çıxmaq şansı olacaq.

    – Son günlərdə “Neftçi”nin “Qarabağ”ı ÇL-in əsas mərhələsinə düşməsi münasibəti ilə təbrik etməməsi müzakirə edilir. Sizə görə, “Neftçi” tərəfinin “Qarabağ”ı təbrik etməməsi düzgündür?
    – Samir həmişə telefonla təbrik edir. Elçin müəllimlə həmişə əlaqə saxlayır. Demək olar ki, bütün matçlardan sonra zəngləşib, təbriklərini çatdırır. Düzünü desəm, bu məsələyə ciddi də yanaşmamışdım. Amma hər klubun da öz yanaşması var. Bu gün buna görə “Neftçi”dən incidim deyə, bir şey yoxdur. Hərənin yanaşması, hər bir klubun idarə edilməsi fərqlidir. “Neftçi” hamımızın “Neftçi”sidir, Samir bizim dostumuzdur, rəhbərlikdəkilər də dostlarımızdır. Çox yaxşı münasibətlərimiz var. Rəhbərlikdən də oyundan sonra şəxsən mənimlə əlaqə saxlayanlar çox olub, təbrik ediblər. Rəsmi, yazılı formada olmayıb, bunu ciddiyə də almıram.

    – Samba Sumano və Juninyonun “Qarabağ”a keçidi məsələsi nə dərəcədə doğrudur?
    – Bəli, danışıqlar gedir. Biz tərəfimizdən ciddi təklif də olub. Ola bilər ki, biz Çempionlar Liqasının əsas mərhələsinə düşdük deyə, qarşı tərəf ola bilər ki, daha çox yuxarıdan getməyə başladı. Biz də danışıqlar aparırıq. Vaxtımız azdır. Hər bir halda, son dəqiqəyə qədər danışıqlar gedəcək. Birdən-birə danışıq çox çətinləşməyə başladı.

    – Çempionlar Liqasının təqvimindən razısınız?
    – Normaldır. Əsas mərhələdir də. Bir deyim var, keçəl Həsən, Həsən keçəl, ikisi də eynidir.

    – Legioner limitinin ləğvi Azərbaycan futboluna nə verdi, nə aldı?
    – Fikir bildirmək tezdir. Çempionatın gedişatında baxacağıq. Komandalar da keçən mövsümə nisbətən bəlkə daha da ciddiləşib, daha da fərqli olub.

    Futbol

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08
    Futbol

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46
    Futbol

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24
    Futbol

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55
    Futbol

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02
    Futbol

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08

    "Turan" Çempionlar Liqasına yeniliklərlə gedir

    23.09.2026 13:29:53

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03

    Azərbaycan klubu misirli legioner transfer etdi

    23.09.2026 11:10:53

    "Xankəndi"nin Xankəndiyə qayıtması ilə bağlı YENİ MƏLUMAT

    23.09.2026 10:54:08

    Mingəçevir Reqatası yenidən Füzulidə start götürəcək

    23.09.2026 10:39:21

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Hövsandakı Yarış Kompleksindən EKSKLÜZİV GÖRÜNTÜ – VİDEO

    23.09.2026 09:29:11

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved