Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bəzi xəbərlər reallıqdan tamamilə uzaq olur" – Elmar Baxşıyev
    30.08.2025 23:35:10

    "Araz-Naxçıvan" Misli Premyer Liqasında III turunda doğma meydanda "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Naxçıvan klubunun baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

    "Komanda olaraq bilirdik ki, bizi nə gözləyir. "Qəbələ" yaxşı komandadır. Ümumi olaraq ağır oyun idi. Üstünlük bəzən bizdə, bəzən isə onlarda idi".

    - Yeni transfer Coşqun Diniyevin mövqeyində bir çox oyunçu var. Bir müddət futboldan kənar qalmasını nəzərə alsaq, son durumu necədir?

    - Coşqun istədiyim futbolçu idi. Onun oyununun komandaya faydalı olacağına inanıram. Uzun müddət futboldan kənar idi. Ancaq özünü toparlayacağını da bilirik.

    - Gənc futbolçulara şans verən məşqçisiniz. Bu futbolçulardan biri də qolkiper Süleyman Həsənovdur. Onun perspektivi haqda düşüncələrinizi bilmək maraqlı olardı...

    - 2-ci hissədə meydanda 6 yerli futbolçumuz var idi. Komandamızda keyfiyyətli yerli futbolçuların olduğunu deyə bilərəm. Süleymana gəldikdə, gənc qapıçıdır. Hazırda Premyer Liqada oynamağa tam hazır olduğunu deyə bilmərik. Amma perspektiv vəd edən qapıçıdır. 

    - "Omoniya" ilə matçdan sonra bəzi mətbuat orqanlarında sizin komandadan ayrılacağınız haqda məlumatlar yayılmışdı...

    - Mən də çalışıram ki, idman mediasını izləyim. Bəzi xəbərlər reallıqdan tamamilə uzaq olur. Məni bura rəhbərlik gətirib. Öz işimi görməyə çalışıram. Təbii ki, qərar onlarındır. Burada olduğum müddətdə üzərimizə nə düşürsə, onu da etməyə çalışırıq. "Omoniya" ilə matçlarda fiaskoya uğradıq. Biz də o nəticəni gözləmirdik. Futbolda sığortalı heç nə yoxdur. 

    - Bəzi klubların rəhbərləri çempionluğa oynadıqlarını açıqlayıblar. Sizin komandanın belə bir məqsədi varmı?

    - Mən məşqçiyəm. Bu sualı rəhbərliyə ünvanlasanız, daha yaxşı olar. Amma onu da qeyd edim ki, çempionluq sözlə olmur. Çempionluq böyük bir əməyin nəticəsində qazanılan uğurdur. 

    - Ramon Maçadonun son durumu barədə nə deyə bilərsiniz?

    - Maçado artıq məşqlərə başlayıb. Milli fasilədən sonra komandaya qoşulacağını gözləyirik.

    Futbol

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08
    Futbol

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46
    Futbol

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24
    Futbol

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55
    Futbol

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02
    Futbol

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08

    "Turan" Çempionlar Liqasına yeniliklərlə gedir

    23.09.2026 13:29:53

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03

    Azərbaycan klubu misirli legioner transfer etdi

    23.09.2026 11:10:53

    "Xankəndi"nin Xankəndiyə qayıtması ilə bağlı YENİ MƏLUMAT

    23.09.2026 10:54:08

    Mingəçevir Reqatası yenidən Füzulidə start götürəcək

    23.09.2026 10:39:21

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Hövsandakı Yarış Kompleksindən EKSKLÜZİV GÖRÜNTÜ – VİDEO

    23.09.2026 09:29:11

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved