Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Kəpəz" 2-3 turdan sonra çempionata rəng qatacaq" – Rəşad Sadıqov
    30.08.2025 21:23:46

    "Zirə" Misli Premyer Liqasının III turunda doğma meydanda "Kəpəz"i 5:0 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    - Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal qazandıq. Milli fasilədən öncə qalib gəlmək vacib idi. Biz "Kəpəz"dən daha hazırlıqlı idik. Çünki iyun ayının ortalarında yeni mövsümün hazırlığına başlamışıq. Bizim futbolçuların rəqibdən daha hazırlıqlı olması normaldır. Bu, oyunun gedişatına təsir edirdi. Bilirik ki, rəqibdə seleksiya gec oldu. Hətta son günlərdə iki yaxşı oyunçu transfer ediblər. Düşünürəm ki, "Kəpəz" 3-4 turdan sonra çox təhlükəli komandaya çevriləcək və çempionata rəng qatacaq. Futbolçularım ilk dəqiqədən meydanda məsuliyyət göstərdilər. Nəticə və oyun iki komanda arasındakı fərqin göstəricisi deyil. "Kəpəz"ə növbəti turlarda uğurlar arzulayıram.

    - Brahim Konate dayaq yarımmüdafiəçisi mövqeyində oynayırdı. Təlim-məşq toplanışında bunu sınamışdınız?

    - Konate "Şamaxı"da da dayaq yarımmüdafiəçisi mövqeyində oynayırdı. Amma orada sistem bir az fərqli idi, hücumlarda çox fəal iştirak edirdi. Konatenin universal futbolçu olduğunu bilirik. Təlim-məşq toplanışı zamanı onu daha çox pleymeyker kimi hazırlayırdıq. İsmayıl İbrahimlinin mikrozədəsi var idi. Həm də milli komandanın toplanışına qoşulacaq. Buna görə də onu qoruduq. Həm də fürsətdən istifadə edib Konateyə şans verdik ki, o da formasını bərpa etsin. Dayaq yarımmüdafiəçisi mövqeyində özünü yaxşı göstərdi.

    - Yeqor Boqomolski və Leroy Mikelsin performansını necə dəyərləndirirsiniz?

    - Futbolçuların debüt etməsi bizim üçün xoşdur. Uğurlu olanda ikiqat xoş olur. Leroy oyuna inamlı qoşuldu. İki ay futbol oynamayıb. Uzun fasilədən sonra çox oynaması da risklidir. Boqomolski də oyuna çox yaxşı qoşuldu. Hə ikisi hücumdakı oyunumuzu sürətləndirdilər. İstəyirik ki, hücum xəttində rəqabəti artıraq. Bu, vacibdir. Bütün futbolçular tonusda olmalıdır.

    Futbol

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08
    Futbol

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46
    Futbol

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24
    Futbol

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55
    Futbol

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02
    Futbol

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08

    "Turan" Çempionlar Liqasına yeniliklərlə gedir

    23.09.2026 13:29:53

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03

    Azərbaycan klubu misirli legioner transfer etdi

    23.09.2026 11:10:53

    "Xankəndi"nin Xankəndiyə qayıtması ilə bağlı YENİ MƏLUMAT

    23.09.2026 10:54:08

    Mingəçevir Reqatası yenidən Füzulidə start götürəcək

    23.09.2026 10:39:21

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Hövsandakı Yarış Kompleksindən EKSKLÜZİV GÖRÜNTÜ – VİDEO

    23.09.2026 09:29:11

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved