Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Əliyar Ağayev əsəblərimizlə oynadı" – Samir Abasov
    29.08.2025 23:48:53

    Misli Premyer Liqasının III turunun “Neftçi” – “Turan Tovuz” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis görüşlə bağlı fikirlərini bölüşüb:

    – Komandanız nə üçün qol vura bilmir?
    – İmkanlarımız oldu, təəssüf ki, bəxtimiz gətirmir. Əvvəlki oyunda da 100 faizlik epizodları dəyərləndirə bilməmişdik. Bundan öncəki matçlara baxanda bu gün daha dinamik idik. İlk dəqiqədən qələbə üçün çalışdıq. Planlarımız rəqibin qoluyla pozuldu. Futbolçular həddən artıq arzulu idi ki, qol vursun. İkinci hissədə də aldığımız qırmızı vərəqə daha bir zərbə oldu. Azlıqda olsaq da, təzyiq etdik, çalışdıq. Əfsuslar olsun, bu gün qapımızda epizod görmədən uduzduq. Futbolçulara təşəkkür edirəm, dinamik oynadılar, istəkli idilər. Əlbəttə, tələskənlikdən irəli gələn səhvlər olacaq. Yaxşı işlər görməyə qadirik. Futbolçulardan bu siqnalı gördüm.

    – Erkən qol planlarınızı nə qədər pozdu? Və qapıçı Kenan Piriçə səhvi ilə bağlı nəsə deyəcəksiniz?
    – Qapıçının səhvi var idi. Lakin bir səhvlə kimisə silmək olmaz. Hamı səhv edə bilər. Kenanın yanındayıq. İnanıram ki, təcrübəsi bizə kömək olacaq. Bu gün mövzu hansısa oyunçunu cəzalandırmaq deyil.

    – Kenan Piriç Türkiyə Superliqasında 34 oyunda 65 qol buraxıb. Əvvəlki matçlarda da səhvləri olmuşdu. Növbəti turlarda da oynasa, xallar itirəcəyinizi düşünürsünüz?
    – Bunu düşünmürük. Hamı səhv edir, futbolçunu qorumaq lazımdır. Piriçə tam dəstəyik. Bu gün Superliqadan qapıçı gətirmək asan deyil, bunu “Neftçi” etdi. Futbolçulardan fərdi olaraq danışmaq istəmirəm.

    – Bu gün sizi yaxşı oyun, ya nəticə məmnun edir?
    – Bugünkü oyun bizim üçün ümiddir, siqnaldır. Qazanmadığımız xal üzərində danışılacaq. Etirazım yoxdur. Sadəcə hansı oyunun üzərində durmaq olar, hansını yaxşılaşdırmaq olar. Bu komanda daha yaxşı işlər görəcək. Buna inanıram. Komandama sonsuz inanıram. Bilirəm ki, yaxşı olacaq.

    – Qırmızı vərəqə epizodunda Əliyar Ağayev nə dərəcə işinin öhdəsindən gəlib?
    – Əliyarın hansı səviyyədə olduğu hamıya bəllidir. Bugünkü idarəçiliyindən narazı qaldım. Penalti epizodunu indi izah edə bilmirəm, dəqiqliklə baxa bilməmişəm. Rəqib oyunçuların bir neçə dəfə kobud oyunu oldu, vərəqələr verilməli idi. Bilmirəm, necə başa düşüləcək, ancaq sanki bir tərəfə simpatiyası var idi. Bizim əsəblərimizlə oynadı. Əliyar özü görüb, qərar veribsə, dəstəkləyirəm. Bu gün özümüzü ev komandası kimi hiss etmədik. Dəhşət bir şeydir.

    – Qorxmursunuz ki, ardıcıl xal itkiləri istefanıza səbəb olar?
    – Ola bilər.

    – “Neftçi”ni “Qarabağ”ı Çempionlar Liqasına yüksəlməsinə görə təbrik etmədiyi üçün qınayırlar…
    – Təbrik etsəm, rəqib kimi digər azarkeşlər də qınayar. Nə isə... “Qarabağ”ı hansı məşqçi təbrik edib? Mən həmin məşqçilərin qrupunda yoxam, xəbərim yoxdur.

    – Şamaxıda olanda demişdiniz ki, qapalı komandalara qol vurmaq çətindir. Bu gün də Tovuz təmsilçisi qarşısında fərqlənə bilmədiniz. Problem taktika, ya futbolçu seçimləri ilə bağlıdır?
    – Hər fikrə hörmətlə yanaşmalıyıq. Futbolçuların səviyyəsi ilə də bağlı deyil. İmkan vermərəm ki, kimsə onlar haqda danışsın. Kifayət qədər səviyyəli oyunçumuz var. Bu gün qapalı komandaya qarşı oynadıq.

    – Cinahlardan asmalar az olur. Bu, nə ilə bağlıdır?
    – Falaye Sako yüksək səviyyədə oyun keçirdi. Hər oyunun öz sistemi var. “Turan Tovuz”un hündür müdafiəçiləri var. Həm də oyun üslubumuz başqadır.

    Futbol

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53
    Futbol

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00
    Futbol

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08
    Futbol

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46
    Futbol

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24
    Futbol

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08

    "Turan" Çempionlar Liqasına yeniliklərlə gedir

    23.09.2026 13:29:53

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03

    Azərbaycan klubu misirli legioner transfer etdi

    23.09.2026 11:10:53

    "Xankəndi"nin Xankəndiyə qayıtması ilə bağlı YENİ MƏLUMAT

    23.09.2026 10:54:08

    Mingəçevir Reqatası yenidən Füzulidə start götürəcək

    23.09.2026 10:39:21

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved