İspaniyanın "Barselona" klubu ilk dəfə azərbaycanlı futbolçu İbrahim Babayevlə müqavilə bağlayıb.
Prosport.Az xəbər verir ki, İbrahim Babayev "Barselona"nın U-17 komandasında çıxış edəcək.
O, bundan əvvəl İsveçrə "Servett"ində oynayıb.
İmza mərasimində "Barselona" gənclər heyətinin direktoru Soler Ferre və məşhur ispan futbolçusu Xose Ramon Aleksanko iştirak ediblər.

