“Sabah”ın yarımmüdafiəçisi Umarali Raxmonaliyev Özbəkistanın U-23 millisinə dəvət alıb.
Prosport.Az xəbər verir ki, 22 yaşlı futbolçunun adı Özbəkistan millisinin U-23 Asiya Kubokunun seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlar üçün açıqlanmış heyətə daxil edilib.
Özbəklər seçmə mərhələdə Qırğızıstan, Şri-Lanka və Fələstin yığmaları ilə qarşılaşacaq.

