"Neftçi" artıq poliqrafiyada yol verdiyi səhvi aradan qaldırıb.
Prosport.Az-ın xəbərinə görə, klub bəzi biletlərdə bayraq rəngi ilə bağlı səhv olduğunu etiraf edib.
Artıq həmin biletlər satışdan çıxarılıb (aşağıdakı şəkillərdən 1-də bayraq rəngləri səhv, 1-də düzdür). Ancaq satışda olan və bayrağımızın rəngləri səhv olan biletlər necə olacaq? Görünür, tarixdə "Neftçi"nin səhvi kimi qalacaq.
14:50
“Neftçi” Azərbaycan bayrağına qarşı hörmətsizlik edib.
Prosport.Az xəbər verir ki, Misli Premyer Liqasının III turunun “Neftçi” – “Turan Tovuz” oyunu üçün satışa çıxarılmış biletlərin üzərində bayrağımızın rəngləri yanlış göstərilib.
Qeyd edək ki, qarşılaşma bu gün saat saat 20:30-da "Palms Sports Arena"da keçiriləcək.

