Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Onlar sənəd probleminə görə milliyə dəvət ala bilməzdi" – Fernandu Santuş
    29.08.2025 11:47:18

    Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə səfərdə, Ukrayna ilə isə Bakıda qarşılaşacaq.

    Prosport.Az xəbər verir ki, bu gün sözügedən oyunlaröncəsi yığmanın baş məşqçisi Fernandu Santuş jurnalistlərin suallarını cavablandırıb.

    – Legioner limitinin ləğvinə ən çox etiraz etməli olan şəxs siz idiniz. İndi peşman deyilsiniz?
    – “Qarabağ”ı təbrik etmək istəyirəm. Çempionlar Liqasına vəsiqə qazandılar. Bu onlar üçün vacib məsələdir. Başda Qurban Qurbanov olmaqla, komandanın bütün üzvlərini təbrik edirəm. Bu uğur Azərbaycan futbolu üçün də önəmlidir. Bir müddət Avropada “Qarabağ”dan danışacaqlar. Suala gəlincə, bu məsələnin mənə aidiyyatı yoxdur. Baş məşqçiyəm və işimi görürəm.

    – Bədəvi Hüseynov nə üçün yoxdur?
    – Oynamadığı üçün dəvət almayıb. Amma bu o demək deyil ki, onun üzərindən xətt çəkmişəm. Qarşıdakı matçlarda onu görə bilərik

    – Qapıçı Rza Cəfərov və Aydın Bayramov bu mövsüm oyuna çıxmayıb. Başqa seçim olmadığı üçün onları dəvət etmisiniz?
    – Rəqabətdə uduzan futbolçu məni narahat edə bilər. Baş məşqçi olaraq istəyərəm ki, oyunçuların davamlı praktikası olsun. Əlimizdə olan heyətlə çalışacağıq ki, yaxşı nəticələr əldə edək. İstərdim ki, dəvət alan bütün futbolçular komandalarında oynasın.

    – Qarşıdakı 2 oyunda yaxşı nəticə istədiyinizi dediniz. Yaxşı nəticə nədir?
    – Futbolda hər nəticə gözlənilə bilər. Oyunçular çox istəklidir. Hamı qələbə gözləyir.

    – Mehdi Cənnətovun milliyə dəvət edilməməsi nə ilə bağlıdır?
    – Dəvət ala bilməzdi. Çünki pasportla bağlı problemləri var. Eyni qaydada Vüsal İsgəndərli də pasport problemi yaşayır.

    – Legioner limitinin ləğvi haqda fikirləriniz nədir?
    – Bu suala cavab verdim. Mənə aid məsələ deyil.

    – İlk mətbuat konfansınızda demişdiniz ki, Yunanıstan futbolunda etdiklərimizi burada etmək istəyirik. Amma indi deyirsiniz ki, mən baş məşqçiyəm, verilən qərarlar AFFA rəhbərliyinindir…
    – Legioner limiti mənə aid olan məsələ deyil. Bu bir təhlildir. Bir ölkəni o biri ilə müqayisə etmək olmaz. Portuqaliyada legioner limiti yoxdur, 11 legioner çıxış edə bilər. Amma çox sayda futbolçular var ki, xaricdə oynayır. Ölkələri müqayisə edə bilmərik. Hər bir ölkə düşünməlidir ki, hansı addım ölkə futboluna kömək edə bilər.

    – “Qarabağ”ın Çempionlar Liqasında əsas mərhələyə yüksəlməsi haqda fikriniz necədir?
    – Sözsüz ki, asan olmayacaq. Rəqiblər aydındır. “Qarabağ” layiqli şəkildə buralara çıxıb. Ən yaxşısını edəcəklər ki, ən yaxşı şəkildə ölkəni təmsil etsinlər. Neçə xal barədə heç nə deyə bilmərəm.

    – İslandiya və Ukrayna ilə bağlı fikirləriniz necədir?
    – Asan oyunlar olmayacaq. İslandiya uzun müddətdir ki, eyni oyunçularla birlikdə çıxış edir. Bütün futbolçular ölkə xaricində oynayır. Çox təcrübəli və keyfiyyətli oyunçulardır. Elə komandadır ki, arxa xətdən hücumların qurulmasını çox yaxşı bacarırlar, çox yaxşı təşkil olunmuş hücumları var. Topsuz oyunda çox aqressiv çıxış edirlər. Çalışırlar ki, top itirilən kimi geri qazansınlar. Köməkçilərimlə birlikdə İslandiya millisinin oyunlarına baxmışıq, təhlil etmişik. Əlbəttə ki, təhlil edəndə onların güclü nöqtələrini ortaya çıxarmışıq. Hücumda güclüdürlər. Zəif nöqtələrini də bilirik. Komandamızı bu oyuna yaxşı hazırlayacağıq. Rəqibimiz 4-2-3-1 sxemi ilə oynayır. Hücumda olanda 4-3-3 çıxış edirlər, onların oyun dinamikasını təhlil etmişik. İntensiv komandadır, buna baxmayaraq, çox yaxşı oyun olacaq. Yaxşı da hazırlaşacağıq. Ukrayna millisi də çox güclü rəqibdir. İslanidya və Ukraynanı müqayisə etsək, islandlar 4-2-3-1 sxemi ilə oynayır. Ukrayna millisində isə 1 dayaq yarımmüdafiəçisi, önündə də 2 hücumameyilli oyunçu çıxış edir. Üzərimizə düşən hər iki komandanı yaxşı təhlil edib, oyunçulara çatdırmaqdır. Bu 2 oyundan 1-i səfərdədir, uzun səfər olacaq. Qərar vermişik ki, İslandiyaya daha erkən yollanaq, ora yerləşək, uyğunlaşaq. Uzun səfər olduğu üçün bu da oyunçulara necəsə təsir göstərə bilər. Aramızda 4 saatlıq fərq var. Ümumi qeydlər var ki, bu cür uzun səfərdən sonra oyunçu bir gün özünə gəlsin. Buna görə qərar verildi ki, ora daha tez uçaq. Ondan sonra da artıq evdə oynayacağıq. Azarkeşlərin dəstəyinə güvənirik. Ümid edirik ki, bizi dəstəkləyəcəklər. Bu, vacib amildir. Rəqibin güclü və ya zəif olmasına baxmayaraq, hər oyuna yalnız qələbə üçün çıxırıq.

    – Milli komandanın uğursuzluqlarına görə sərt tənqidlər var. Bunu necə qarşılayırsınız?
    – 40 ildir ki, baş məşqçi kimi çalışıram (gülür).

    Futbol

    Küveytdə qalan FIFA referilərimiz Vətənə qayıtdılar

    7.03.2026 21:30:10
    Futbol

    Seçmə mərhələ: Millimiz 2-ci oyunda uduzdu

    7.03.2026 21:02:44
    Futbol

    Azərbaycan klubunun yeni prezidenti bilindi

    7.03.2026 20:13:04
    Futbol

    "Kəpəz"lə matça qədər fərqi azaltmalıyıq" – Füzuli Məmmədov

    7.03.2026 18:44:48
    Futbol

    "Bu, rəhbərlikdən gələn tapşırıqdır" – Saşa İliç

    7.03.2026 18:14:16
    Futbol

    "Sumqayıt" autsayderlə də bacarmadı – VİDEO

    7.03.2026 17:24:31
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Yığmamız Avropa Kubokuna "bürünc"lə başladı

    8.03.2026 00:06:26

    "Cəzalı və xəstə olan oyunçularımız var idi" - Ərhan Tokər

    7.03.2026 23:49:39

    "Bu, bizə qarşıdakı hədəf matçlarımız üçün motivasiya verir" - "Şəki"nin baş məşqçisi

    7.03.2026 23:40:27

    "Sabah" və "Abşeron Layns"dan inamlı qələbə

    7.03.2026 23:30:50

    Cüdoçularımız Avstriyada daha 2 medal qazandı – FOTOLAR

    7.03.2026 22:16:19

    Küveytdə qalan FIFA referilərimiz Vətənə qayıtdılar

    7.03.2026 21:30:10

    Seçmə mərhələ: Millimiz 2-ci oyunda uduzdu

    7.03.2026 21:02:44

    Azərbaycan klubunun yeni prezidenti bilindi

    7.03.2026 20:13:04

    "Kəpəz"lə matça qədər fərqi azaltmalıyıq" – Füzuli Məmmədov

    7.03.2026 18:44:48

    "Bu, rəhbərlikdən gələn tapşırıqdır" – Saşa İliç

    7.03.2026 18:14:16

    "Sumqayıt" autsayderlə də bacarmadı – VİDEO

    7.03.2026 17:24:31

    "Karvan-Yexlax" – "Sumqayıt": HEYƏTLƏR

    7.03.2026 13:43:05

    "Neftçi" Vernidubun istəyini nəzərə alıb, onu da Bakıya gətirdi - FOTO

    7.03.2026 13:15:08

    Milli komandaların məşqi və oyunları üçün bu məkandan istifadə olunacaq - FOTOLAR

    7.03.2026 12:46:04

    Nazim Sadıqovun növbəti rəqibi bilindi

    7.03.2026 12:12:25
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved