"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsinə görə kluba təbrik ünvanlayan idman təşkilatları və futbol komandalarına təşəkkür edib.
Prosport.Az xəbər verir ki, bununla bağlı Ağdam təmsilçisinim sosial şəbəkə hesabında foto paylaşılıb.
Fotoda "Neftçi"dən başqa bütün klubların loqoları yer alıb. Təbii ki, bu da səbəbsiz deyil. Çünki Premyer Liqada çıxış edən klublardan yalnız "Neftçi" Azərbaycan çempionunu bu uğur münasibətilə təbrik etməyib.
Qeyd edək ki, 2 oyunun (3:1, 2:3) nəticəsinə əsasən, Macarıstanın "Ferensvaroş" klubuna qalib gələn "Qarabağ" Liqa mərhələsinə yüksəlib.

