Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bu qələbəni İlham Əliyev və Mehriban Əliyevaya hədiyyə edirik" - Tahir Gözəl
    28.08.2025 10:16:17

    "Bu nailiyyətimiz də Azərbaycan futbol tarixinə əlamətdar hadisə kimi keçdi".

    Prosport.Az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın “Ferensvaroş” klubu üzərində iki matçın cəmində qazanılan 5:4 hesablı qalibiyyətin ardından klubun saytına fikirlərini bölüşərkən deyib.

    O, “Qarabağ”ın qitənin ən nüfuzlu klub turnirində Liqa mərhələsinə vəsiqə qazanmasını tarixi nailiyyət adlandırıb. Tahir bəy bu zəfəri Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya hədiyyə edib: “Bu tarixi qalibiyyəti Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və əziz xalqımıza hədiyyə edirik. Qarabağın fatehi olan Ali Baş Komandanımızın da dediyi kimi, Qarabağ Azərbaycandır! Azərbaycan hər yerdə sözünü deyir. Ölkə başçımızın dünya liderlərinə nümunə olacaq parlaq siyasəti sayəsində işğal altında olan torpaqlarımız geri qaytarıldı. Cənab Prezidentimiz və Birinci vitse-prezidentimiz Qarabağ torpaqlarını qarış-qarış gəzərək, səfalı güşələrimizin daha da gözəl olması üçün əllərindən gələni edirlər. Biz də Qarabağı təmsil edən bir klub olaraq futbol arenalarında onlara layiq olmağa çalışırıq. Bu nailiyyətimiz də Azərbaycan futbol tarixinə əlamətdar hadisə kimi keçdi. Bu münasibətlə başda ölkə başçımız İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva olmaqla bütün xalqımızı təbrik edirəm”.

    Tahir Gözəl bu uğurda əməyi keçən klubun məşqçilərini, futbolçularını, eyni zamanda azarkeşlərini də təbrik edib: “Azərbaycan futbolu adına böyük nailiyyətdir. “Qarabağ” klubu olaraq yenidən tarix yazmağın qürurunu yaşayırıq. Azərbaycan xalqına bu sevinci bəxş edən baş məşqçimiz Qurban Qurbanova, məşqçilər heyətimizə, futbolçularımıza, klubumuzda çalışan bütün əməkdaşlara təşəkkür edirəm və onları təbrik edirəm. Qurban hocanın və futbolçularımızın əziyyəti danılmazdır. Bütün oyunlarda bizi yalnız qoymayan, komandamızı qələbələrə ruhlandıran azarkeşləri də ürəkdən təbrik edirəm”.

    Akademiya

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49
    Futbol

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46
    Futbol

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53
    Futbol

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00
    Futbol

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08
    Futbol

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46

    Bakıda keçiriləcək dünya çempionatının yarış proqramı

    23.09.2026 15:49:09

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08

    "Turan" Çempionlar Liqasına yeniliklərlə gedir

    23.09.2026 13:29:53

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03

    Azərbaycan klubu misirli legioner transfer etdi

    23.09.2026 11:10:53

    "Xankəndi"nin Xankəndiyə qayıtması ilə bağlı YENİ MƏLUMAT

    23.09.2026 10:54:08
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved