Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Axmaq qollar buraxdıq, bəzi anlarda rəqibə “hədiyyə” də verdik" - Robbi Kin
    27.08.2025 23:27:41

    UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Ferensvaroş” (Macarıstan) oyunundan (2:3) sonra qonaq komandanın baş məşqçisi Robbi Kin jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib.

    – İlk oyundan sonra bu matçla bağlı iddialı danışmışdınız, ancaq nəticə olmadı. Belə danışmaq sizin tərzinizdir, ya Bakıda mərhələni keçəcəyinizi düşünürdünüz?
    – Qələbəyə inanırdıq. Bilirdim ki, çətin oyun olacaq. Oyunçularıma, nəticə qazanacağımıza inanırdıq. Bir qolla uduzduq. Çətin matç oldu. Rəqibi təbrik edirəm. Yaxşı komandaya uduzduq. İmkanlarımız oldu, hədəfə doğru irəliləyirdik, amma təəssüf ki, alınmadı.

    – Özünüzü necə hiss edirsiniz?
    – Yaxşı vəziyyət deyil. Məğlubiyyəti sevmirəm. Baş məşqçi kimi məğlub olmaq mənimçün ağırdır. Futbolçular istəkli idi. Oyunçularım əllərindən gələn hər şeyi etdilər. Mübarizə aparmaq, qalib gəlmək, iddialı olmaq lazımdır. Bəzi hallarda qələbə alınmır. İdmanda bu nəticələr var. Axmaq qollar buraxdıq. Təhlillər aparacağıq, səhvlərimizə baxacağıq. Bəzi anlarda rəqibə “hədiyyə” də verdik.

    – Kadinin əlinizdən çıxdığına görə təəssüf hissi keçirdiniz?
    – Kadi yaxşı oyunçudur, təzyiqlər edir. Onunla çox vaxt keçirməmişəm. Bəlkə də 2 həftə işləmişik. Kifayət qədər vaxtımız olmayıb. Yaxşı oyunçularımız var. Aleks Tot matçdan öncə xəstələnmişdi, bundan əlavə itkilərimiz var idi. Keyfiyyətli oyunçulara sahibik.

    – Futbolçu kimi emosional biri olmusunuz. Baş məşqçi kimi də qollara çılğın reaksiyalar verirsiniz…
    – Nə üçün belə düşünürsünüz? Normaldır.

    – Futbolçulara baxıb hərəkətlər edirdiniz. Buna görə sual verdim…
    – Emosional olmalıyam. Qol vururuqsa, emosional olmalıyıq. Siz də qol olanda sevinirsiniz, hər kəs skamyadan çıxır. Sizin məşqçiniz qollara sevinmirdi? Məşqçinin robot olmağını istəyirsiniz? Bizim də emosiyalarımız var. Həm oyunçular, həm də baş məşqçi qollara emosional reaksiya verə bilər. Bu cür suallarda ehtiyatlı olmaq lazımdır.

    – Baş məşqçilər dəyişir, amma “Ferensvaroş” “Qarabağ”ı keçə bilmir. Düşünmürsünüz ki, “Qarabağ” "lənət"i var?
    – Səhv etmirəmsə, ikinci dəfədir uduzuruq. Futboldur. Bunlar məşqçi ilə əlaqəli deyil. Futbol kollektiv oyundur. Vəziyyəti sorğulaya bilmərəm.

    – Komandanıza və özünüzə hörmət etdirməyi bacardınız. Bu “Qarabağ” Çempionlar Liqasında nələr edə bilər?
    – Artıq məni maraqlandırmır. “Qarabağ”a uğurlar arzu edirəm. “Qarabağ”ın növbəti oyunları məni maraqlandırmır.

    – Mərhələ keçmək üçün nə çatmadı?
    – Bəzi hallarda geniş aspektdən baxmaq lazımdır. Büdcə məsələsi və digər məsələlər var. Bəlkə də bəxtimiz gətirmədi. Yaxşı başlamışdıq, gəldiyimdən bəri müəyyən insanlarla düzgün işlər görmüşük. Bunlar vacib şeylərdir.

    – Sakit başla düşünsək… Böyük futbol ölkəsinin nümayəndəsi Robbi Kinin kiçik futbol ölkəsi Azərbaycan təmsilçisinə məğlubiyyətini necə şərh etmək olar?
    – Bunların karyeramla əlaqəsi yoxdur. Karyeram önəmlidir, amma indi baş məşqçiyəm. Robbi Kini unutmaq lazımdır. Bunlar artıq Kinin şousu deyil, komanda işidir. Təbii ki, milli komanda haqda da eyni şeyi demək olar. Bizim heyətimizdən 6 futbolçu Macarıstan millisindədir, sizdə isə 3 oyunçu səhv etmirəmsə. Sizin heyətinizdə legionerlər var. Təbii ki, bunlar mənim ölkəmlə bağlı deyil. “Qarabağ”ı Azərbaycan olaraq nəzərə almayaq, çünki heyətlərində əcnəbi oyunçular da var.

    Futbol

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49
    Futbol

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46
    Futbol

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53
    Futbol

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00
    Futbol

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08
    Futbol

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46

    Bakıda keçiriləcək dünya çempionatının yarış proqramı

    23.09.2026 15:49:09

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08

    "Turan" Çempionlar Liqasına yeniliklərlə gedir

    23.09.2026 13:29:53

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03

    Azərbaycan klubu misirli legioner transfer etdi

    23.09.2026 11:10:53

    "Xankəndi"nin Xankəndiyə qayıtması ilə bağlı YENİ MƏLUMAT

    23.09.2026 10:54:08
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved