“Zirə”nin futbolçusu Rövlan Muradov cərrahiyə əməliyyatı olunub.
Prosport.Az xəbər verir ki, ötən həftə məşqdə üz nahiyəsindən zədələnən yarımmüdafiəçinin orbita sümüyü sınıb və bu səbəbdən əməliyyat keçirib.
Futbolçu təxminən 3 həftədən sonra sıraya dönəcək.
Qeyd edək ki, Rövlan Muradov cario mövsümün əvvəlində “Sumqayıt”dan “Zirə”yə keçib. Daha əvvəl komandanın digər yeni transferi Abdul Aziz Batibie diz bağları qopduğu üçün əməliyyat edilib. 18 yaşlı futbolçu 6-7 ay yaşıl meydanlardan kənarda qalacaq.

