Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Rəqib riskə gedəcək, hazır olmalıyıq" - Qurban Qurbanov
    26.08.2025 13:53:03

    "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində sabah Bakıda Macarıstanın “Ferensvaroş” klubu ilə keçiriləcək cavab oyunundan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Bizimçün necə önəmli oyun olduğunu bilirik. Həddindən artıq soyuqqanlı olmalıyıq. İstək, oyun düşüncəsi öz yerində, amma özümüzü soyuqqanlı aparmağımız vacibdir. Yaxşı rəqibə qarşı oynayırıq. İlk oyundakı nəticə bizi bir az üstün göstərir, amma bunu düşünməli deyilik. Vacib olan sabahkı oyundur. “Ferensvaroş” təhlükəli rəqibdir, özlərinə xas oyunları var. Meydançada düzgün yerləşməyə imkan vermirlər. Rəqibin daha çox riskə gedəcəyini düşünürük və buna hazırıq. Oyunun bəzi detallarına toxunmuşuq. Çalışacağıq ki, sabah oyundan qopmayaq, sona kimi soyuqqanlı davranaq, düzgün olanları edək.

    – Sabah nəticə üçün oynayacaqsınız?
    – Ümumiyyətlə, yaxşı nəticələrimiz həmişə oyun üslubumuza görə olub. Bundan heç vaxt əl çəkmək istəməmişik. Nəticəni qorumaq üçün meydana çıxacağıq deyə bir şey yoxdur. Meydanda bizə lazım olanı etməyə, bacardığımızı etməyə çalışacağıq. Daha baxımlı oyun oynamaq istəyirik. Belə düşüncəmiz yoxdur ki, qol buraxmamaq üçün sırf müdafiəyə qapanaq. Futbolu azarkeşlərimiz, nəticə üçün oynayırıq. Vurulan qollar önəmlidir. Daim futbolçulardan tələbim odur ki, qol vuraq. Bununla yanaşı, qapını da toxunulmaz saxlamaq lazımdır. Rəqib riskə gedəcək, hansı təzyiqi göstərəcəyini bilmirik, amma bunlara hazır olmalıyıq. Biz də kənardan müdaxilə edərək bunların qarşısını almağa çalışacağıq.

    – Oyunçuları kökləmək çətin olmur?
    – Vacib detallardan biri psixoloji hazırlıqdır. Çünki ordakı oyundan sonra hamı elə düşünür ki, biz mərhələni adlamışıq. Bu, futbolçularda həyəcan yaradır. Onlar oyuna psixoloji yaxşı hazır olmalıdır. Danışıqlarımız da bu yöndədir ki, hazırlıqlı olmalıyıq. Oyundan çıxsaq, kənar fikirlərə önəm versək, çətin olacaq.

    – 8 il öncə Kopenhagendə qrup mərhələsinə vəsiqə qazanmışdınız. Sabah isə növbəti tarix yazıla bilər. O vaxt daha çox inamlı idiniz, ya bu gün?
    – İnam vacibdir. O vaxt da var idi, bu gün də. İnam var, rahatlıq yox.

    – Azarkeşlərinizdən istəyiniz varmı?
    – Azarkeşlərimiz elə səviyyədədir ki, onlara ancaq təşəkkür edə bilərəm. Necə azarkeşlik etmək lazım olduğunu bilirlər. Futbolçu kimi də, məşqçi kimi də onlara ancaq təşəkkür etmişəm. Çempionat oyunlarına az azarkeş gələndə də onlara minnətdar olmuşam.

    – Nəriman Axundzadənin durumu necədir?
    – Normallaşıb. Deməzdim, tam yaxşı səviyyədədir, sabah axşama kimi hər şey qaydasında olacaq.

    – Oyuna fransız hakim təyinat alıb. Hansısa narahatlığa əsas var?
    – Mən tərəfdən bir narazılıq yoxdur. Kleman Türpen Çempionlar Liqasında final matçını idarə edib. Ümumiyyətlə, belə hakimlərin Azərbaycana gəlməsi UEFA Hakimlər Komitəsinin ciddiyyətini göstərir. Hansısa narahatlığın olacağını düşünmürəm.

    – Əvvəlki “Ferensvaroş”la indiki arasında hansı fərqlər var?
    – Fərqli komandalardır. Komandaya Robbi Kin kimi tanınmış oyunçu rəhbərlik edir. Bu, klub və futbolçular üçün əlavə motivasiyadır. İndiki “Ferensvaroş” daha sürətli hücumlar edir. O dönəm Stanislav Çerçesovun rəhbərliyi altında fərqli sistemlə oynayırdılar. Bugünkü kollektiv də bizimçün asan deyil. Hansı komandanın güclü olduğu haqda nəsə desəm, etik olmaz. “Ferensvaroş”un tarixi, özəyi var. Burada hansı futbolçuların çıxış etməsindən asılı olmayaraq, meydandan qalib ayrılmaq istəyirlər. Qarşımızda çox güclü, istəkli kollektiv olacaq.

    – Mətbuatda kolumbiyalı Kamilo Duranın Bakıya gəlməsi xəbərləri var. Doğrudur?
    – Bəli, doğrudur.

    Futbol

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49
    Futbol

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46
    Futbol

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53
    Futbol

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00
    Futbol

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08
    Futbol

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46

    Bakıda keçiriləcək dünya çempionatının yarış proqramı

    23.09.2026 15:49:09

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08

    "Turan" Çempionlar Liqasına yeniliklərlə gedir

    23.09.2026 13:29:53

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03

    Azərbaycan klubu misirli legioner transfer etdi

    23.09.2026 11:10:53

    "Xankəndi"nin Xankəndiyə qayıtması ilə bağlı YENİ MƏLUMAT

    23.09.2026 10:54:08
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved