Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Ukraynanın “Polissye” klubunun analitiki Yevgeni Qresin cavabını verib.
Prosport.Az xəbər verir ki, mütəxəssis UEFA Konfrans Liqasının pley-off mərhələsində “Fiorentina” (İtaliya) ilə oyunu idarə edən azərbaycanlı FIFA referisi Əliyar Ağayev haqqında “instagram” səhifəsində qeyri-etik paylaşım etmişdi. O, Ağayevi iyunda Rusiya yığmasının Nigeriya ilə yoldaşlıq görüşünü idarə etməsinə görə qınayıb. Onun paylaşımına isə əslən Ukraynadan olan Krivotsyuk rəy yazaraq, həmyerlimizi müdafiə edib: “Sən sınmış vatniksən, Jeņya. Sənin kimiləri qram da mərhəmət göstərmədən məhv etmək lazımdır. Deyəsən, sualı da rus dilində vermisən, düzdür?”
Qeyd edək ki, Əliyar Ağayevin idarə etdiyi oyunda “Polissye” 0:3 hesabı ilə məğlub olub. Ağayev matçın 44-cü dəqiqəsində “Fiorentina”nın hücumçusu Moyze Kini meydandan qovub.

