Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Robot deyil ki, onu kənardan mən idarə edim" – Kaxaber Sxadadze
    25.08.2025 22:24:34

    "Qəbələ" Misli Premyer Liqasının II turunda doğma meydanda "Zirə"yə 1:2 hesabı ilə uduzub.

    Prosport.Az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Sxadadze oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Çox gərgin oyun oldu. Bizə daha çox təcrübə lazımdır. 19-20 yaşlı uşaqlar inkişaf etməlidir. Oyundan-oyuna onlarda artım gözləyirik. Ümumi götürəndə yaxşı oyun oldu. Zamanla daha yaxşı olacağımıza inanıram. Əsas odur ki, meydanda oyunumuz görünürdü. Hesabda öndə olduğumuz zaman da qol vurmaq üçün imkanlarımız oldu. Həmin epizodları təcrübəsizliyə görə qola çevirə bilmədik. Növbəti matçlarda daha yaxşı oyun nümayiş etdirə biləcəyik.

    – Qoldan öncə Nicat Əliyevə sərt etiraz etdiniz. Bundan sonra futbolçu fərqləndi. Məcazi mənada qolu siz vurdunuz, yoxsa Nicat?

    – Nicat qolu özü vurdu. Robot deyil ki, onu kənardan mən idarə edim. 

    – Ehtiyat oyunçular skamyası kasaddır. Heyətin gücləndirilməsi gündəmdədir?

    – Bəli, düz qeyd edirsiniz, skamyada kasadlıq var. Bu işlə rəhbərlik məşğul olur. Biz əlimizdə olan heyətlə işləyirik. Əlbəttə ki, "Zirə" ilə müqayisə etsək, bizim imkanlarımız daha azdır. İstərdik ki, çoxlu oyunçularımız olsun.

    – Demək olar ki, "Zirə" ustalıq səviyyəsinin hesabına qələbə qazandı?

    – Ustalıq və təcrübəsizlik bir-birinə yaxın sözlərdir. Eşqin Quliyevin yerində təcrübəli futbolçu olsaydı, o qərarı verməzdi. Amma Eşqin çox perspektivli oyunçudur. Ona inanırıq. "Zirə"nin müdafiəçiləri sadə oynayırdılar. Bu da onların təcrübəli olduğunu göstərir. Bu gün futbolçular çox çalışdılar. Amma nəticə belə oldu. Həyat davam edir. Gənc oyunçuların özlərinə inamı olmalıdır. Gənclərlə işləməyə davam edib legionerlərdən də çox şey tələb etməliyik. "Zirə" uzun müddətdir bir yerdə çıxış edən komandadır. Rəşad Sadıqov da xeyli zamandır orada işləyir. Komanda 2 ildir avrokuboklarda iştirak edir.

    – Hesabda öndə olduğunuz halda ilk yarıda 2 qol buraxdınız. Bu, sizi narahat etmir?

    – Sadə oynamalıyıq. Təcrübə qazandıqca, hər şey düzələcək. Qolu özümüz yaratdıq. "Karvan-Yevlax"la matçda da öz qapımıza qol vurduq.

    Futbol

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49
    Futbol

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46
    Futbol

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53
    Futbol

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00
    Futbol

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08
    Futbol

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46

    Bakıda keçiriləcək dünya çempionatının yarış proqramı

    23.09.2026 15:49:09

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08

    "Turan" Çempionlar Liqasına yeniliklərlə gedir

    23.09.2026 13:29:53

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03

    Azərbaycan klubu misirli legioner transfer etdi

    23.09.2026 11:10:53

    "Xankəndi"nin Xankəndiyə qayıtması ilə bağlı YENİ MƏLUMAT

    23.09.2026 10:54:08
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved