Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Büdcə azalsa da, bizə fərq etmir" – Rəşad Sadıqov
    25.08.2025 22:05:09

    Misli Premyer Liqasının II turunun “Qəbələ” – “Zirə” oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

    – İlk turda ən parlaq oyun nümayiş etdirən komandaya qarşı oynayırdıq. “Qəbələ” “Karvan-Yevlax”la matçda çoxsaylı qol epizodları yaratmışdı. Komandanın gücünün və istəyinin necə olacağını bilirdik. Uzun fasilədən sonra Premyer Liqada ilk ev oyunları idi. Bilirdik ki, rəqib aqressiv və istəkli olacaq. Oyun elə də başladı. “Qəbələ” hesabı açdı. Ondan sonra komandamız daha sürətli oynadı. Çox vacib qollar vurub qələbə qazandıq. Bu, bizim üçün olduqca kritik qalibiyyət idi. Çempionatda həmişə birinci qələbəni qazanmaq çətin olur. 4 gün sonra “Kəpəz”lə vacib matçımız var. Tez bərpa olub həmin oyuna köklənməliyik.

    – Ötən mövsümlə müqayisədə Salifu Suma və Rafael Utziqin yoxluğu görünür?
    – Sumanın yerində oynayan Ceyhun bu gün 2 qol vurdu. Junior Martins də yaxşı oyunlarından birini keçirdi. Ümumən onların yoxluğunu mövsüm ərzində hiss edə bilərik. Son dövrlərdə müəyyən transferlər etdik. Amma futbolçularımız hazır deyil. Namik Ələskərova, Leroy Mikelsə, Eldar Quliyevə, Yeqor Boqomolskiyə bir az vaxt lazımdır. Gedən oyunçuların yoxluğu avrokuboklarda təbii ki, hiss olunurdu. Çünki bu dəyişikliklər birdən-birə baş verdi.

    – Köməkçi məşqçi Eltun Yaqublu ilə yolların ayrılmasının səbəbi nədir?
    – Sıradan bir gediş idi. Eltun futbol fəaliyyətini dayandırmaq qərarı qəbul etdi. Ən azından bir az fasilə verəcək. Uzun zaman sonra nə baş verəcəyini deyə bilmərəm. Yaxın gələcəkdə futbol sahəsində fəaliyyət göstərmək istəmir.

    – Klubun büdcəsində dəyişiklik olub?
    – Elə məsələlər var ki, onları mətbuat qarşısında müzakirə etmək doğru deyil. Büdcəyə uyğun təhlillər aparıb işlərimizi qururuq. Mövsüm bitdikdən sonra rəhbərliklə müəyyən məsələləri müzakirə etdik. Büdcə azalsa da, bizə fərq etmir. Çalışırıq ki, işimizi görək.

    – 4 gün sonra rəqibinizin “Kəpəz” olması işinizi asanlaşdırmır?
    – Tam əksinə. Bu periodda “Kəpəz”lə oynamağı heç istəməzdim. Çünki biz də onların “Karvan-Yevlax”la oyunundan sonra azarkeşlərlə futbolçular və məşqçilər arasında olanları gördük. Ola bilər ki, komanda xüsusi motivasiya ilə matça çıxsın. Bu tip oyunları sevmirəm. Qarşılaşmaya var gücümüzlə hazırlaşmağa çalışacağıq. Başa düşürük ki, “Kəpəz” təhlükəli komandadır. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

    Futbol

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49
    Futbol

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46
    Futbol

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53
    Futbol

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00
    Futbol

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08
    Futbol

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46

    Bakıda keçiriləcək dünya çempionatının yarış proqramı

    23.09.2026 15:49:09

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08

    "Turan" Çempionlar Liqasına yeniliklərlə gedir

    23.09.2026 13:29:53

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03

    Azərbaycan klubu misirli legioner transfer etdi

    23.09.2026 11:10:53

    "Xankəndi"nin Xankəndiyə qayıtması ilə bağlı YENİ MƏLUMAT

    23.09.2026 10:54:08
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved