Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "5 ildir mövsümün əvvəlində məni "göndərirlər" – Elmar Baxşıyev
    24.08.2025 23:19:47

    Misli Premyer Liqasının II turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə gğrüşlə bağlı fikirlərini bölüşüb.

    – Bilirdik ki, bizi bu matçda nə gözləyir. Ağır oyun alındı. Hər iki komanda meydançada yaxşı mübarizə apardı. Bu gün meydanda istədiyimizi etməyə çalışırdıq. İstədiyim komandanı gördüm. Biz də bilirik ki, çempionatın əvvəlidir. Getdikcə, hücum və müdafiə planında daha da yaxşı komanda olacağıq.

    – Mövsümə tez başlamağınız üstünlükdür, yoxsa “Omoniya”ya məğlubiyyətlər psixoloji cəhətdən təsir edib?
    – Bu gün yaxşı mübarizəli oyun getdi. Futbolçular bu tempə, dinamikaya öyrəşirsə, təqdirəlayiqdir. Düşünmürəm ki, avrokuboklar bizə müsbət və ya mənfi təsir edə bilər. İlk dəfə ölkəmizi avrokubokda təmsil edirik. Biz də başımızdan yuxarı tullanmağa cəhd etdik, amma alınmadı. Təzyiqə gəldikdə, 5 ildir mövsümün əvvəlində məni "göndərirlər". Şayiələr normaldır. Onu da hansısa insanlar yaradır. Şayiələrə fikir verib, işimizə yanaşsaq, özümüz-özümüzü geri salmış olacağıq. Tənqidi qəbul edirik. Biz də komanda olaraq, artığını etməyə çalışdıq. Futbolda hər şey istəklə bağlı deyil. Ümidverici odur ki, komandam o geridönüşü etməyi bacarır. Kollektiv bərkdir, onlara inanıram. Turlar keçdikcə daha da yaxşı “Araz-Naxçıvan” görəcəksiniz.

    – Penalti epizodu haqda nə düşünürsünüz?
    – Mən də planşetdən baxıram. Ucuz penaltini heç öz lehimizə də istəmərəm. Penalti qərarı səhv idi.

    – Niyə mərhələ adlamağı başınızdan yuxarı tullanmaq kimi dəyərləndirirsiniz?
    – Ona başqa prizmadan yanaşmaq olar. Siz fikirləşirsiniz ki, heyətimizə 4-5 oyunçu qatdıqca, mütləq qruplarda olacağıq? Avrokuboklar təcrübə tələb edir. Gözümüzün qabağında “Qarabağ” nümunəsi var. İllərdir addım-addım qruplara gəlib. İstəklə bağlı olan bir şey deyil. Komanda özü formalaşmalıdır ki, avrokuboklarda da ardını gətirsin. Biz də bilirdik ki, yeniyik. Elə nüanslar olur ki, tək meydançaya yox, hər şeyə təsir edir. Ona görə komanda olaraq, biz də çalışdıq. Alınmadısa, tək “Araz-Naxçıvan”ı nümunə kimi gsötərməyə ehtiyac yoxdur. Bizdən başqa komandaların da oyunları alınmadı.

    – İqor Ribeyronun gedişindən sonra müdafiədə sıxıntı çəkirsiniz?
    – “Barselona”nın baş məşqçisindən Messinin çatışmadığını soruşsalar, o da sual olaraq qalacaq. İqor mövzusu qapanıb. Sərəncamımda olanlar, inanıram ki, onun yerini layiqli şəkildə dolduracaqlar.

    Futbol

    Rodri "Real"la razılaşıb

    25.07.2026 15:15:58
    Futbol

    Çempionlar Liqası: "Neftçi" PAOK-a qarşı

    25.07.2026 14:19:44
    Futbol

    Avropa Liqası: "Qarabağ"ın səfər oyununun biletləri satışa çıxarılır

    25.07.2026 12:52:20
    Futbol

    Azərbaycanlı hücumçu Almaniyada mövsümə məğlubiyyətlə başladı

    25.07.2026 10:40:33
    Futbol

    Azərbaycanlı futbolçu klubunu FIFA-ya şikayət etdi

    24.07.2026 23:44:50
    Futbol

    I Liqa klubunda afrikalı yarımmüdafiəçi

    24.07.2026 22:44:56
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimiz qələbə qazandı

    25.07.2026 17:03:40

    Olimpiya çempionu xəstəxanaya yerləşdirildi

    25.07.2026 16:25:02

    Rəqibini təpiklədi, 5 il uzaqlaşdırma aldı

    25.07.2026 15:48:16

    Rodri "Real"la razılaşıb

    25.07.2026 15:15:58

    Millimiz Türkiyəyə toplanışa yollandı

    25.07.2026 14:52:28

    Çempionlar Liqası: "Neftçi" PAOK-a qarşı

    25.07.2026 14:19:44

    Avropa Liqası: "Qarabağ"ın səfər oyununun biletləri satışa çıxarılır

    25.07.2026 12:52:20

    Çili çempionatının bürünc mükafatçısı Azərbaycanda oynayacaq

    25.07.2026 11:42:41

    Bakıdakı dünya çempionatının azərbaycanlı hakimləri bilindi

    25.07.2026 11:16:49

    Azərbaycanlı hücumçu Almaniyada mövsümə məğlubiyyətlə başladı

    25.07.2026 10:40:33

    "Bu turnirin bəhrəsini 1-2 ildən sonra görəcəyik" – Rüstəm Orucov

    25.07.2026 10:38:12

    "Bu cür turnirlər gənc idmançılar üçün böyük təcrübədir" – Natiq Bağırov

    25.07.2026 10:31:46

    Millimizin Xorvatiyada 2-ci sınağı

    25.07.2026 10:05:10

    Azərbaycanlı futbolçu klubunu FIFA-ya şikayət etdi

    24.07.2026 23:44:50

    Azərbaycanı Misirdə onlar təmsil edəcək - ADLAR

    24.07.2026 23:17:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved