Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Onsuz da hakimlərə nəsə sübut etmək olmur" – Ayxan Abbasov
    24.08.2025 19:58:43

    Misli Premyer Liqasının II turunun “Şamaxı” – “Sabah” oyunundan (1:2) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb 

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Çətin oyun olacağını bilirdik. Bizdən daha yaxşı formadadırlar. Bizim hələ 2-ci rəsmi oyunumuz idi. Matça pis başladıq. İlk 10-15 dəqiqəni çıxsaq, qalan müddətdə komandamın oyunundan razıyam. Epizodlarımız oldu, dəyərləndirə bilmədik. Bərabərlik qolundan sonra da şansımızdan istifadə edə bilmədik. “Sabah”a qarşı inamlı oynadıq. Bu gün azı 1 xal qazanmaq istəyirdik. Buna layiq idik. Çempionat uzun marafondur. Gələcək oyuna baxacağıq. Qarşıda “Sumqayıt” səfəri var. Bu matça tam köklənməliyik.

    – İlk qolda qapıçınız Rikardonun topa çıxmamasını qınayırsınız?
    – Çətin top idi. Böyük bir epizod deyildi. Sadəcə, ani diqqətsizlik qola səbəb oldu. Bəlkə də bu qol məğlubiyyətə səbəb oldu.

    – “Sabah” neçə il idi, burda qələbə qazanmırdı…
    – Oyun şansı “Sabah”da idi. Biz standartdan fərqlənə bilmirik, onlar fərqlənir. Rossi iki epizodu dəyərləndirə bilmədi. Qarşılıqlı epizodlar oldu. Futbolçularımızın zəif çıxış etdiyini demək olmaz. Futbol şansı “Sabah”ın tərəfində idi.

    – Edqar Ədilxanov əvvəlki səviyyəsində deyil. Ona nə olub?
    – Edqar ötən oyunda əsas heyətdə olmadığı üçün çox suallar olmuşdu. Həmişə deyirəm, oyunçuların keçid dövrü var. Hər oyunçu təzyiqlərlə bacarmalıdır. Edqardan tam razı deyildik. Bu gün nələrsə etmək istəyirdi. İnşallah, o da formaya düşəcək. Onunla təkbətək danışdıq. Cavanlara dəstək lazımdır.

    – İkinci hissədə Rossiyə qarşı çəkmə var idi. Epizoda baxdınız?
    – Bütün foullar biz tərəfə idi. Zarafatca dedim ki, əvvəl səfər oyunlarında top göydə olanda oyunu dayandırırdılar. 2 oyundur, hakimlərin simpatiyası rəqib tərəfdədir. Sanki onların adlarına görədir. Bu gün elə bil səfərdə oynayırdıq. Bir tərəfdən yaxşıdır, hakimlər bizi öyrədir ki, daha möhkəm olaq.

    – Ötən il Azərbaycan Kubokunda “Neftçi” – “Sabah” oyununda Rauf Allahverdiyev səhv etmişdi və hakimlikdən uzaqlaşdırıldı. Sizcə, indi digər hakimlər üzərində də təzyiq var?
    – Onlardan soruşmaq lazımdır. Hakimlərimiz zəif deyil. Onlara beynəlxalq təyinatlar da gəlir. İstəyirik ki, hər kiçik foula görə oyun dayanmasın. Rossinin epizodunda qayda pozuntusu var idi, amma hakim dayandırmadı. Heç epizoddan sonra da rəqibə vərəqə vermədi. Onsuz da hakimlərə nəsə sübut etmək olmur. Nə etsək də, səhvik. Hakimlərin üstünə getməyək.

    – Yayda düşərgənizdə Raul Hacıyev baxışda olub. Gürcüstan vətəndaşı idi, amma sonra qaldı. AFFA bu məsələdə sizə nəsə köməklik edir?
    – Bəzi məsələlər var. Proseslər üçün vaxt lazımdır. Raufla bağlı nəsə müraciətimiz olmayıb.

    Akademiya

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49
    Futbol

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46
    Futbol

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53
    Futbol

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00
    Futbol

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08
    Futbol

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46

    Bakıda keçiriləcək dünya çempionatının yarış proqramı

    23.09.2026 15:49:09

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08

    "Turan" Çempionlar Liqasına yeniliklərlə gedir

    23.09.2026 13:29:53

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03

    Azərbaycan klubu misirli legioner transfer etdi

    23.09.2026 11:10:53

    "Xankəndi"nin Xankəndiyə qayıtması ilə bağlı YENİ MƏLUMAT

    23.09.2026 10:54:08
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved