Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Azərbaycan çempionatında favorit yoxdur" – Valdas Dambrauskas
    24.08.2025 19:52:43

    Misli Premyer Liqasının II turunun “Şamaxı” – “Sabah” oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – “Sabah” ailəsini, rəhbərliyini, uzaq səfərə gəlmiş azarkeşləri, oyunçularımı təbrik etmək istəyirəm. 4 ilə yaxındır, burada qalib gələ bilmirdik. Bu, mənimçün xoş oldu. Meydanda görmək istədiklərimizi gördük. Rəqib çox-çox çətin komandadır. Bura gələn bütün kollektivlər 100 faizini verməsələr, inadkar, yaxşı təşkil olunmuş rəqib görəcəklər və qələbə çətin olacaq. “Şamaxı” yaxşı müdafiə olunur. Oyuna yaxşı başladıq. Həftə ərzində bunun üzərində çalışmışdıq. Lakin fərqli tip ötürmələrdən istifadə edə, daha çox cərimə meydançasında topa sahib ola bilərdik. Fasilədən sonra boşluqlar tapmaq çətin idi. Havanın da təsiri ola bilər. Rəqib möhtəşəm zərbə ilə fərqləndi və qoldan sonra verdiyimiz reaksiya çox xoşuma gəldi. Yeni, gümrah oyunçuları meydana buraxdıq. Hiss edirdik ki, böyük səhvlər etməsək, burdan qələbə ilə qayıdacağıq. İndi bunları unutmalı və növbəti matçlara köklənməliyik. Sabah məşqimiz var. Bütün komandalar müsbət motivasiya ilə yarışa başlayıb. Səfərdə qazanılan 3 xal məmnunedicidir.

    – Avrokuboklardan sonra Premyer Liqada ilk oyuna çıxdınız. Çempionatımızın hansı özəlliyi diqqətinizi çəkdi?
    – Heç vaxt avrokubok oyunundan sonra yerli çempionata köklənmək asan olmur. Futbolçuların necə reaksiya verəcəyi bilinmir. Belə hallarda əsas məqam intizamdır. Bu intizama sahib olsan, çox şey əldə edə bilərsən. Avropada 6 oyun keçirmişik və oyun ritminə alışmışıq. Konfrans Liqasına vidadan sonra 10 gün fasilə oldu və qismən ritmimizi itirdik. Azərbaycan çempionatını izləmişəm. Burda favorit yoxdur. Top komandalar – “Qarabağ”, “Neftçi”yə qarşı oynayanlar da meydana inamlı çıxır. Hər klubun öz spesifik oyun planı var. Bütün klublarla birlikdə böyüməliyik.

    – Mikels və Noqeyranın mübahisə etdiyi epizodu necə şərh edərdiniz?
    – Belə halları görməkdən məmun deyilik. Orada mübahisənin əsas səbəbi daha yaxşı oynamaq istəmələri idi. Artıq hər şey bitib və oyundan sora bir-biriləri ilə qucaqlaşdılar.

    – Məqsədinizə çatmaq üçün daha neçə legionerə ehtiyacınız var?
    – Oyunçularımın necə məşq etmələrini, yanaşmalarını izləyirəm. Heyəti seçəndə onların milliyətinə baxmıram. Kimin necə çalışdığına fikir verirəm.

    – Legioner futbolçu transferi olmayacaq?
    – Transferlə barədə düşünürük. Oyunçu gətirəndə onun pasportuna baxmırıq. Azərbaycanlı bir oyunçu olsa və bizim istədiyimiz mövqeyə uyğun gəlsə, onu komandaya götürərəm. Futbolçunu transfer xətrinə transfer etmirik. Heyətimizdən razıyam. 2 aydır burdayam. Düşünürəm ki, heyəti tamamilə tanımaq üçün kifayət qədər vaxt olmayıb.

    – “Qarabağ” Azərbaycan çempionatında demək olar, ikinci heyətlə meydana çıxır. Sizcə, bu fonda çempionluq uğrunda mübarizə apara bilərsiniz?
    – Bu barədə şərh verə bilmərəm. “Qarabağ”ın hansı heyətlə oynayacağı haqda danışmaq istəməzdim. Mənimçün əsas və ya ehtiyat heyət anlayışı olmayacaq. Çalışırıq ki, həmişə inkişaf edək. Mövsümün sonunda necə olacağını deyə bilmərəm. Bakıya qayıdıb, növbəti oyuna hazırlaşmağa başlayacağıq. Növbəti həftə “İmişli”yə qarşı önəmli oyun olacaq.

    Akademiya

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49
    Futbol

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46
    Futbol

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53
    Futbol

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00
    Futbol

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08
    Futbol

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46

    Bakıda keçiriləcək dünya çempionatının yarış proqramı

    23.09.2026 15:49:09

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08

    "Turan" Çempionlar Liqasına yeniliklərlə gedir

    23.09.2026 13:29:53

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03

    Azərbaycan klubu misirli legioner transfer etdi

    23.09.2026 11:10:53

    "Xankəndi"nin Xankəndiyə qayıtması ilə bağlı YENİ MƏLUMAT

    23.09.2026 10:54:08
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved