“Zirə” və "Səbail"in sabiq futbolçu Ali Sesay karyerasını İngiltərədə davam etdirəcək.
Prosport.Az xəbər verir ki, 31 yaşlı müdafiəçi “Morekamb” klubuna keçib. Bu barədə V Liqa təmsilçinin mətbuat xidməti məlumat yayıb.
Syerre-Leona millisinin sabiq üzvü son olaraq Vyetnamda “Tan Hoa” klubunda oynayıb.
Qeyd edək ki, Ali Sesay 2020-ci ilin fevralından 2021-ci ilin yanvarına qədər “Zirə”də, 2021-ci ilin fevralından iyununa qədər isə "Səbail"də çıxış edib

