16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunda ikinci oyununu keçirib.
Prosport.Az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təşkil olunan turnirdə yığmamızın rəqibi Niderland komandası olub.
Görüş rəqibin 81:49 hesablı qələbəsi ilə yekunlaşıb. İlk görüşdə İsveçə (57:84) uduzan millimiz qrupda sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan yığmasının növbəti rəqibi Slovakiya olacaq. Görüş sabah keçiriləcək.

