"Qarabağ" Misli Premyer Liqasının II turunda səfərdə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.
Prosport.Az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalisitlərin suallarını cavablandırıb:
"Rəqibi təbrik edirəm. 2 oyuna 6 xal toplayıblar, çox yaxşı başlanğıcdır. Özümüzə gəldikdə, çox da deyiləcək söz yoxdur. Futbolçularımı anlayıram. Oynamayanlar olsa belə, hiss edilirdi ki, hələ yorğunçuluq var. Motivasiya da qaydasında deyildi. Amma başlanğıcdakı məğlubiyyətin bizə çox faydası olacaq. Qarşıda bizi bundan da çox sıx qrafik gözləyir. Bu məğlubiyyətin faydası olacaq. Futbolçular da bunu anlayacaqlar. Uğurlardan sonra belə oyunlar bizim faydamıza olur. Uğur əldə edəndə, istər-istəməz insanda, komandada bir az loru dildə desək, burun yuxarı qalxır. Oyundur. Bu gün 3 xal rəqibin haqqı idi. Heç nədən qapımızda qol gördük. İmkanlarımız var idi. Top qapıdan keçməli idi, keçmədi. Həm bizim məşqçilər, həm futbolçular, həm də klub üçün yaxşı başlanğıc oldu.
- Nəriman Axundzadəni zədəyə görə risk edib meydana buraxmadınız?
- Bəli, zədəsi var idi. Hələ də ayağında gərginlik var. Geridə qalan 2-3 gündə müalicə olunub. Məşqdə də iştirak etməyib.
- Juninyonun icarəyə götürülməsi həqiqətdir?
- Xeyr. Elə məlumat yoxdur. Danışıq da olmayıb. Ola bilər ki, orada oynamır deyə, belə fikirlər yaranır.
- Düşünmürsünüz ki, "Qarabağ" meydana ikinci heyətlə çıxdığı üçün uduzdu?
- Məğlub olduqsa, olduq. Dəfələrlə olub ki, meydana fərqli heyətlə çıxmışıq, uduzmuşuq. Bəlkə əsas heyətlə də meydana çıxsaydıq, uduzardıq. İki gün əvvəl oynamışıq. Yol yorğunluğu var idi.
- Hazırda heyətdə 15 legioner var. Növbəti legionerlər üçün 200 min manat lazım olacaq...
- Çalışırıq ki, olsun. 200 min manata görə nə edək? Başqa çıxış yolumuz yoxdur. Lazımdırsa, işimizi keyfiyyətli etmək istəyiriksə, bu addımlara gedəcəyik.
- "Qarabağ"ın qol buraxdığı epizodda Şahruddin Məhəmmədəliyevin səhvi var idi. Abbas Hüseynov da ona etiraz etdi....
- Bir az kuryoz qol alındı. Tam görmədim. Abbas öz işi ilə məşğul olsa, yaxşıdır. Şahruddin başı ilə çıxarası deyil ki. Hərə öz işi ilə məşğul olsa, yaxşıdır. İşi düzgün yerinə yetirmək hamının borcudur.
- Son 3 mövsümün ilk turunda 0:1 hesabı ilə uduzmusunuz. Təsadüfdür, yoxsa Premyer Liqaya köklənməmisiniz?
- Doğrudur, indi yadıma düşdü. Amma bu, 2-ci tur idi axı (gülür). Avropadan gəlirik deyə, motivasiyamız aşağı idi. Ən vacibi yorğunluqdur. Bu gün yox, sabah da oynaya bilərdik. Oynamayan futbolçular öz idman formalarını itirirlər. Heç fikirləşməmişdim ki, 3 ildir belə hesabla uduzuruq. Əsas odur, sonu yaxşı olsun.
- Qarşıda "Ferensvaroş"la oyununuz var. Onların futbolçularının və məşqçilərinin qıcıqlandırıcı açıqlamaları var. Bu, sizə əlavə sitmul ola bilər?
- Onların fikri normaldır. Məğlub olduqdan sonra qarşıdakı oyuna motivasiya etmək üçün taktiki gedişdir. Amma biz onları düşünərək, oyuna hazırlaşası olsaq, öz oyunumuzu itirərik. Biz bütün oyunlara ciddi və təmkinlə hazırlaşmalıyıq. Futbolda olmayan nəticə yoxdur. Bütün turnirlərdə belə nəticə var. Kənar fikirlərə görə oyunlara hazırlaşsaq, çox da irəli gedə bilmərik, yarıyolda qalarıq. Bunu normal qəbul edirəm. Məşqçidir, futbolçuları oyuna hazırlaşdırmalıyıq. Bu işin içində olduğumuz üçün bunu normal qəbul edib, hazırlaşacağıq.
- "Ferensvaroş"u keçsəniz, ÇL-ə düşsəniz, hansı stadionda oynaycaqsınız?
- İndi qarşıdakı matç haqda düşünək. Vacib oyundur. Məndən başqa hamı sanki bu mərhələni keçmiş kimi görünür. Bir tərəfdən sevindirici haldır. Həm inamdan, həm də güvəndən irəli gəlir. Lakin bunlar həm də bizə mane olan fikirlərdir. Biz də ona qoşulsaq, o fikirlərdə olsaq... Qarşımızdakı rəqib "Ferensvaroş"dur. Heç nədən qol vurmağı bacaran kollektivdir. Futbol elədir ki, 1-2 qol ciddi göstərici deyil. Çalışacağıq ki, səhvsiz oynayaq.

