Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Əslində, mən çempion olmaq istəyərdim" – Saşa İliç
    22.08.2025 23:29:33

    "Sumqayıt" Misli Premyer Liqasının II turunda səfərdə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Biz Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. Bu cür rəqiblə matçda uğurlu nəticə qazanmaq istəyirsinizsə, gərək bəxtiniz də olsun, oyununuz da. Bilirəm ki, "Qarabağ" bizə qarşı əsas heyətlə oynamadı. Onların Çempionlar Liqasında vacib oyunu var. Ümid edirəm ki,  Liqa mərhələsinə düşəcəklər və bununla mən də fəxr edəcəyəm.

    - Mövsümöncəsi mətbuat konfransında bildirmişdiniz ki, məqsədiniz avrokuboklara vəsiqə qazanmaqdır, amma bu, futbolçulardan asılı olacaq. Sizi avrokuboklara daşıya biləcək futbolçular yığa bilmisiniz?

    - Bəli, futbolçularımı bəyənirəm, razıyam. Amma məqsədimizə çatmaq istəyiriksə, bizə bir neçə oyunçu da lazımdır. Konkret 3 oyunçunu mən görürəm. Amma olanlardan da razıyam. Bu gün göstərilən nəticə də qənaətbəxşdir.

    - "Qarabağ"ın təzyiqinin artdığı vaxtda Nikola Ninkoviçi meydana buraxdınız. Səbəb nə idi?

    - Ninkoviç dünya səviyyəli oyunçudur. Sadəcə, fiziki problemi var. Amma vaxta ehtiyacı var. 90 dəqiqə fiziki cəhətdən çatdıra bilməsə də, top saxlamaq kimi qabiliyyəti var.

    - "Qarabağ" əsas heyətlə oynasaydı, nəticə fərqli olardı?

    - Problem olardı. Əsas oyunçular meydana çıxanda, problemlər yaşadıq. Xüsusilə də Yankoviçi qeyd edərdim. Onunla birlikdə də oynamışıq. Əvvəlcədən oynasaydı, böyük problem yarada bilərdi.

    - Üç oyunçuya ehtiyac olduğunu bildirdiniz. Hansı mövqelərə transfer lazımdır?

    - Əslində, heyətimizdə oyunçular var ki, oynamalıdır. Məsələn, Süleyman. Sadəcə, vəziyyətini bilmirik. Gedişata baxacağıq.

    - Ötən mövsüm 11 oyun qol vurmayan "Sumqayıt" var idi. Amma indi iki oyundur ki, qalib gəlirsiniz. Bu komandanın əsas özəlliyi müdafiə xəttidir?

    - İndiki gördüyünüz "SUmqayıt" maksimal səviyyədə deyil. Çox işləməliyik ki, istədiyim səviyyəyə çataq. Komandadan istəyim çoxdur.

    - Yerli futbolçuların səviyyəsindən və işə yanaşmalarından razısınız?

    - Onlar, təbii ki, çalışır. Şans verirəm. Yenə verəcəyəm. Kənan oynayıb, bu gün də Nİhad Əhmədzadəyə şans verdim. Məşqlərdə sübut edirlər ki, oynamaq istəyirlər.

    - İki oyundur ki, qalib gəlirsiniz. Futbolçuların eyforiyaya qapılacağını düşünürsünüz?

    - Xeyr. Problem olacağını fikirləşmirəm. Hər yeni oyuna fokuslanırıq. Məncə, problem olmaz.

    - Mövsümün sonunda komandanız hansı pilləni tutsa, sizi razı salacaq?

    - Əslində, mən çempion olmaq istəyərdim. Amma iki turdan sonra bu haqda danışmaq çox tezdir.

    Futbol

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49
    Futbol

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46
    Futbol

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53
    Futbol

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00
    Futbol

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08
    Futbol

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46

    Bakıda keçiriləcək dünya çempionatının yarış proqramı

    23.09.2026 15:49:09

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08

    "Turan" Çempionlar Liqasına yeniliklərlə gedir

    23.09.2026 13:29:53

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03

    Azərbaycan klubu misirli legioner transfer etdi

    23.09.2026 11:10:53

    "Xankəndi"nin Xankəndiyə qayıtması ilə bağlı YENİ MƏLUMAT

    23.09.2026 10:54:08
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved