Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Biz istəyimizə çatdıq və xalımızı aldıq" – Jorje Kaşkilya
    22.08.2025 20:32:26

    Misli Premyer Liqasının II turunun “İmişli” – “Neftçi” oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Jorje Kaşkilya jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Gözlədiyimiz kimi çox çətin oyun oldu. “Neftçi” çempionluğa oynayan komandadır. Biz son oyundan dərsimizi almışdıq. Səhvlərimizdən nəticə çıxarıb, yaxşı məşq edib bu matça çıxmışdıq. Bilirdik ki, “Neftçi” meydana qələbə üçün çıxacaq. Biz istəyimizə çatdıq və xalımızı aldıq.

    – Çexiya III Liqasında çalışmısınız. Həmin çempionatla Azərbaycan Premyer Liqasını müqayisə edə bilərsiniz?
    – Müqayisə etmək mümkün deyil. Azərbaycan Premyer Liqası təbii ki, Çexiyanın III Liqasından üstündür.

    – Bura gələndən sonra həmyerliniz Fernandu Santuşla görüşünüz olub?
    – Bir yoxlama oyunumuza gəlmişdi. Orada görüşdük. Amma Azərbaycan futbolu ilə bağlı elə geniş söhbətimiz olmayıb.

    – İlk 3 turda iddialı rəqiblərlə qarşılaşırsınız. Püşkdə bəxtinizin gətirmədiyini demək olar?
    – Bilirdik ki, bizi 3 çətin oyun gözləyir. Bunu bilərək komandanı hazırlayırdıq. Gördüyünüz kimi, “İmişli” heç bir rəqibdən geri qalmadı. Hazırlığımız yaxşı keçib. “Sabah” sürətli futbol oynayan komandadır. Onlara qarşı həm fiziki, həm də psixoloji cəhətdən hazırlaşacağıq.

    – Komandanızda ikili mübarizələrdə axsama hiss olunur. Bunu necə aradan qaldıracaqsınız?
    – Komandamız fiziki cəhətdən yaxşı hazırlaşıb. Gənc oyunçularımız çoxdur. Belə hallar müşahidə oluna bilər. Amma bu, o demək deyil ki, bizim futbolçular fiziki cəhətdənn zəifdir. Çatışmazlıqların üzərində işləyirik.

    Futbol

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49
    Futbol

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46
    Futbol

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53
    Futbol

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00
    Futbol

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08
    Futbol

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46

    Bakıda keçiriləcək dünya çempionatının yarış proqramı

    23.09.2026 15:49:09

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08

    "Turan" Çempionlar Liqasına yeniliklərlə gedir

    23.09.2026 13:29:53

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03

    Azərbaycan klubu misirli legioner transfer etdi

    23.09.2026 11:10:53

    "Xankəndi"nin Xankəndiyə qayıtması ilə bağlı YENİ MƏLUMAT

    23.09.2026 10:54:08
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved