Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Buna şübhəniz olmasın" – Samir Abasov yenə vaxt istədi
    22.08.2025 19:39:24

    Misli Premyer Liqasının II turunun “İmişli” – “Neftçi” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Azarkeşlərə təşəkkür edirəm ki, əziyyət çəkib bura qədər gəldilər, bizi dəstəklədilər, arxamızda durdular. Sağ olsunlar. Əfsuslar olsun ki, onları sevindirə bilmədik. 2 xal itirdik. İlk oyundan sonra da klub rəhbərliyi yanımızda olduğunu göstərdi. Başa düşürük ki, bugünkü gündə nəticə ürəkaçan deyil. Yeni komandayıq, yaxşı işlər bacaracağımıza inanırıq. Bir-birini başa düşən, çox yaxşı işlər görməyə layiq komanda görəcəyik. Buna şübhəniz olmasın.

    – Narazı qaldığınız məqam nə idi?
    – Dinamika çox aşağı idi. Futbolçular sönük vəziyyətdə göründü. 2-ci hissədə bunları dəyişdik, tempi artırdıq. Bu cür qapalı komandalara qarşı uzağı 2-3 epizod yaratmaq olur. Ötən oyunda da imkanlarımız oldu. Bu gün də 2-3 metrdən qapıya düşə bilmədik. Həlledici məqam ola bilərdi. Qol vurmalıyıq ki, rəqib açılsın. İlk hissədən həddindən artıq narazı idim, oyunda dinamika yox idi. Rəqibin 2-3 əks-hücumu da oldu, qol buraxa bilərdik. 2-ci hissədə çox istəkli idik. Lakin yenə top itkilərimiz var idi və bu, tələskənlikdən irəli gəlirdi. Futbolçular sağ olsun, əziyyət çəkdilər.

    – Emin Mahmudovun əvəzlənməsi nə ilə bağlı idi?
    – Özü dəyişilmək istədi, səhhətində problem var idi.

    – “Neftçi”dən nə vaxt nəticə gözləmək olar?
    – Formalaşmışıq, komanda normal vəziyyətdədir. Oyun üslubunda bir az futbolçuların anlaşmazlığı var. Bunlar məşqlərdə də sezilir. Bunu oturtmaq üçün zaman lazımdır. Futbolçuların mübazirəsi yerindədir, istək yüksək səviyyədədir. Problemləri oyunlar keçdikcə aradan qaldıracağıq.

    – Əksəriyyət düşünürdü ki, “Neftçi” “Şamaxı”, “İmişli” kimi komandalardan rahat xallar götürməli idi. Lakin belə rəqiblərlə oynamaq da asan deyil…
    – Düzdür, lakin sizin kimi düşünənlər azdır. Bu gün müdafiəni qurmaq asandır. Lakin “Neftçi”nin tələbi nədir? Həm mdüafiə, həm hücum yaxşı olmalıdır. Yeni qurulmuş komanda üçün bəzi şeylər çətindir. Bunlar bəhanə deyil, reallıqdır. Komandamda xoşuma gələn meydana çıxmazdan əvvəl uşaqların qələbə istəyi, mübarizə əzmi idi. Müdafiədə yaxşıyıq, komanda işin öhdəsindən gəlir. Bir az hücumlarda problem var, amma fikirləşirəm ki, bu cür qapalı oynayan komandalara qarşı çox imkan yarada bilməzsən. Yaratdığını isə qola çevirməlisən. Ancaq uşaqlar meydanda çalışır. Xal itirmələrinə görə üzülmələri bizi yaxşı yerə gətirəcək.

    – Transfer yekunlaşıb?
    – Xeyr. İşlərimiz daim gedir. İndiki məqamda əlimizdə olan futbolçuları oyun baxımından pik vəziyyətə gətirməliyik.

    – Süni örtüklü meydançada oynamaq hansı çətinlik yaratdı?
    – Əlbəttə, çətindir. Lakin bunu dilə gətirmək olmur. Deyəcəklər bəhanələrdir. “Qarabağ” da burda oynayanda çətinlik çəkir. Vallah, çox çətindir. Belə meydança narahatlıq yaradır. Bəlkə də ilk hissədə pis oyun bununla bağlı idi. Bu cür meydançada, şəraitda oynamaq çətindir.

    – Əvəzedici komandaya göndərilən futbolçuların “Neftçi” karyerası bitdi?
    – Kimdəsə nəsə alınır, nəsə yox. Uşaqlarla gələcəkləri haqda danışmışıq və seçimi özlərinə buraxmışıq. Futbolçular da düşünməlidir. Necə olacağını görəcəyik.

    Futbol

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49
    Futbol

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46
    Futbol

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53
    Futbol

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00
    Futbol

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08
    Futbol

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46

    Bakıda keçiriləcək dünya çempionatının yarış proqramı

    23.09.2026 15:49:09

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08

    "Turan" Çempionlar Liqasına yeniliklərlə gedir

    23.09.2026 13:29:53

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03

    Azərbaycan klubu misirli legioner transfer etdi

    23.09.2026 11:10:53

    "Xankəndi"nin Xankəndiyə qayıtması ilə bağlı YENİ MƏLUMAT

    23.09.2026 10:54:08
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved