UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi "Qarabağ"la UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununa görə Şimali Makedoniyanın "Şkendiya" klubuna xəbərdarlıq edib.
Prosport.Az xəbər verir ki, səbəb kimi avqustun 5-də keçirilmiş qarşılaşmada yarış məkanındakı otaqların UEFA-nın stadion infrastrukturu reqlamentinə uyğun olmaması göstərilib.
Qeyd edək ki, Skopye şəhərindəki Todor Proeski stadionunda təşkil olunmuş ilk qarşılaşma "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 1:0. Ağdam klubu cavab matçında rəqibini məğlub edərək (5:1) pley-offa yüksəlib.

