"İmişli" növbəti transferini reallaşdırıb.
Prosport.Az xəbər verir ki, Premyer Liqa klubu 19 yaşlı yarımmüdafiəçi Xəlil Mürsəllini heyətinə qatıb.
Gənc futbolçu bölgə təmsilçisinə “Sabah”ın əvəzedici komandasından cəlb olunubş Onunla 2 illik müqavilə imzalanıb.

